İran dediyini etdi! ABŞ hərbi gəmisi vuruldu
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
İranın Fars Xəbər Agentliyi xəbər verir ki, ölkə ordusunun xəbərdarlığına məhəl qoymayan ABŞ Hərbi Dəniz Qüvvələri-nə məxsus döyüş gəmisi iki raketlə vurulub.
Turkustan.az xəbər verir ki, məlumata görə, hadisə strateji əhəmiyyətə malik Hörmüz boğazı yaxınlığında baş verib. İran tərəfi bildirib ki, gəminin boğaza daxil olmasının qarşısı alınıb və zərbədən sonra gəmi ərazini tərk etməyə məcbur olub.
Xəbərdə qeyd olunur ki, İran ordusu əvvəlcədən bölgədə hərbi hərəkətlərin məhdudlaşdırılması ilə bağlı xəbərdarlıq edib və qaydaların pozulmasına cavab veriləcəyini bəyan edib. Raket zərbəsinin bu xəbərdarlığın icrası kimi qiymətləndirildiyi vurğulanır.
Hazırda ABŞ tərəfindən hadisə ilə bağlı rəsmi açıqlama verilməyib. Beynəlxalq müşahidəçilər isə bildirirlər ki, Hörmüz boğazı ətrafında gərginliyin artması regionda təhlükəsizlik risklərini daha da yüksəldə bilər.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 04 May 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















