İran DİN başçısı: Şahid Rəcai limanında yanğın yenidən alovlanıb
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
İranın Bəndər Abbas şəhərindəki Şahid Rəcai limanında yanğın yenidən alovlanıb və güclü külək onun yayılmasını sürətləndirib.
Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bunu İranın daxili işlər naziri İskəndər Muameni deyib:
"Böhrana nəzarət etmək üçün bütün əyalət qüvvələri səfərbər edilib. Güclü külək səbəbindən konteynerlərdəki yanğın sürətlə yayılıb. Yanğının daha da genişlənməsinin qarşısını almaq üçün bəndlər tikilib, ərazinin ətrafına boş konteynerlər qoyulub".
O əlavə edib ki, yanğının lokallaşdırılmasına bütün mümkün xidmətlər cəlb olunub və onlar gücləndirilmiş iş rejimində işləyirlər.
Qeyd edək ki, bu gün günorta saatlarında Bəndər Abbas liman şəhərinin Şahid Rəcai limanında güclü partlayış baş verib. Son məlumatlara görə, limanda baş verən partlayış nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb, daha 750 nəfər yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 26 Aprel 2025 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















