Icma.az
close
up
RU
İran Azərbaycana ehtiyacı olanda yaxşı qonşu olur Hikmət Babaoğlu

İran Azərbaycana ehtiyacı olanda yaxşı qonşu olur Hikmət Babaoğlu

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə bildirib ki, Azərbaycan İranın qonşuluq siyasətində xüsusi yer tutur. O, iki ölkə arasında münasibətlərin inkişaf dinamikasına toxunaraq, Tehran və Bakı arasında əlaqələrin daha da dərinləşdirilməsi və genişləndirilməsi üçün mövcud imkanlardan maksimum istifadə edilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan və İran arasında elmi, mədəni, iqtisadi, siyasi və təhlükəsizlik sahələrində geniş əlaqələr mövcuddur və onların daha da möhkəmləndirilməsi üçün birgə səylər tələb olunur.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan və İran arasında siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi üçün çox böyük perspektivlər var:

"Bu perspektivlərin böyük bir hissəsi tarixi, coğrafi perspektivlərdir və daha yeni seqmentləri isə Azərbaycanın yaratdığı yeni reallıqlar kontekstində formalaşan tamamilə yeni perspektivlərdir. Düşünürəm ki, İran prezidenti, çox hörmətli cənab Məsud Pezeşkian bütün bunları nəzərdə tutaraq İran-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı fikirlərini səsləndirib. Çünki nəzərdə tutulan addımlar atılarsa, İran-Azərbaycan münasibətləri bu günə qədər, son 35 ildə görünməmiş tamamilə yeni bir tarixi mərhələyə qədəm qoya bilər. Bunun üçün, mənə elə gəlir ki, hər cür fürsət var və bu tarixi fürsəti cənab Pezeşkian da, belə görünür ki, qiymətləndirən, qiymətləndirməyi bacaran, qətiyyətli, uzaqgörən siyasi liderdir. Şübhəsiz ki, Azərbaycan daima İranla münasibətlərin yaxşı olmasında çox maraqlı olub. Azərbaycan prezidenti İrana, İranla münasibətlərə həmişə xüsusi əhəmiyyət verib və mən düşünürəm ki, keçmişdə olanlar keçmişdə qalmaqla İran-Azərbaycan münasibətlərinin yeni səhifəsini açmaq olar. Ancaq bir şərtlə ki, İranın bu gün Azərbaycana ehtiyacı var bunu edir, sabah ehtiyacı olmayan da yenidən əvvəlki siyasətinə qayıtmasın. Bax belə olarsa, məncə, həm logistika, həm də kommunikasiya sahəsində mühüm əməkdaşlıq imkanları var. Bu kommunikasiyaların və logistikanın, bağlantı layihələrinin böyük bir qismini Azərbaycanın yaratdığı yeni reallıqlardır və İranın bu gün indiki vəziyyətdə xüsusən cənub marşrutlarına çıxmaq imkanı məhdudlaşdırıldığı bir vaxtda bu imkanlardan istifadə edə bilər".

Onun sözlərinə görə, Xəzər akvatoriyasında əməkdaşlıq ayrıca bir istiqamətdir:

"Mənə elə gəlir ki, bu da mühüm istiqamətlərdən biridir. Üçüncüsü, enerji sahəsində qaz, neft və digər qazıma, enerji sahələrində mühüm əməkdaşlıq perspektivləri var. Onların çox böyük potensialı var. Bu münasibətlər sadəcə ikitərəfli yox, həm də Azərbaycan-İran əməkdaşlığı kontekstində üçüncü, dördüncü tərəflər üçün də çox maraqlı layihələrə çevrilə bilər. Ona görə də mən düşünürəm ki, bütün bu layihələr üzərində, bütün bu deyilən sözləri real müqavilələrə və layihələrə çevirməklə İran-Azərbaycan münasibətlərini nəhayət bərabərhüquqlu platformada institusionalaşdırmaq olar. Amma dəfələrlə deyirəm, İranın Azərbaycan siyasəti sabit deyil, dəyişkəndir. İran Azərbaycana ehtiyacı olanda yaxşı qonşu olur, Azərbaycana ehtiyacı olmadıqda isə Azərbaycana başqa gözlə baxır. Məncə, İran xarici siyasəti bu ənənəyə də son verməlidir".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Sentyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri