Icma.az
close
up
RU
İran diplomatları və hərbçiləri Suriyadan təxliyə edilir The New York Times

İran diplomatları və hərbçiləri Suriyadan təxliyə edilir The New York Times

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"Suriyada 2011-ci ildə başlanan vətəndaş savaşı ərzində 600 min nəfər həlak olub, 6, 7 milyon insan ölkəni tərk edib..."

Dekabrın 6-da Dəməşqin silahlı müxalifət qüvvələri tərəfindən zəbt edilməsi təhlükəsi fonunda İran öz diplomatları və hərbçilərini Suriyadan təxliyə etməyə başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, İran İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli komandirləri, diplomatik missiyanın bəzi əməkdaşları, onların ailələri, həmçinin İranın mülki əhalisi İraq və Livana təxliyə edilir. 

İranlılar Suriyanı həm birbaşa aviasiya reysləri ilə Tehrana, həm də yerüstü marşrutlara Livan, İraq və Suriyanın Latakiya limanına üz tutur.

SEPAH-ın Suriya ordusunun rəsmi məsləhətçiləri olan iki generalı dekabrın 6-da Həma şəhəri və Deyr-əz-Zor əyalətinin bir hissəsi yaraqlıların nəzarətinə keçəndən və Xoms şəhərinə bilavasitə təhlükə yaranandan sonra İraqa qaçıb.  Onlar həmçinin 2011-ci ildə ölkədə vətəndaş müharibəsinə gətirib çıxaran hadisələrin başlandığı yeri-Dərraa şəhərini ələ keçirib.

Xoms Hələb və Dəməşqdən sonra Suriyanın üçüncü böyük şəhəridir. Bu şəhər Suriya paytaxtına can atan yaraqlılar dəstəsinin yolunda dayanan yeganə məntəqədir.

Silahlı müxalifət Dəməşqə iki istiqamətdən-şimal və cənubdan hücum edir. Şimaldan "Həyat Təhrir əl-Şam" islamçı qruplaşmasının rəhbərliyi altında müxalif qruplaşmalar ittifaqı hücum edir. Buraya "Əl-Qaidə" və "Nusra Cəbhəsi"nin yerli filialların qalıqları daxildir.

Ölkənin şimal-şərqində kürd dəstələri öz təsir zonasını genişləndirir. Cənubda, Colan təpələri rayonunda digər müxalif qruplaşmalar fəallaşıb. Onların hamısını birləşdirən məqsəd Əsəd rejiminin devrilməsidir.

Xatırladaq ki, şimalda yaraqlıların hücumu noyabrın 27-də başlayıb, bu da vətəndaş savaşına yeni təkan verib. Vətəndaş savaşı 2011-ci ildə "ərəb baharı" zamanı mülki etirazların qəddarcasına qarşısını almaq cəhdlərindən başlayıb. O zamandan Suriyada ən azı 600 min adam həlak olub, 6, 7 milyon insan ölkəni tərk edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Dekabr 2024 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri