“İran əbədi olaraq Hörmüz boğazının keşikçisi qalacaq”
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Tehran Hörmüz boğazına nəzarətdən heç vaxt imtina etməyəcək.
Redaktor.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında paylaşım edib.
“İran həmişə boğazın keşikçisi olub və əbədi olaraq belə qalacaq”, - deyə Əraqçi qeyd edib.
O, bu açıqlamanı ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi məsuliyyətini öz üzərinə götürəcəyi barədə fikirlərinə cavab olaraq verib.
İranın xarici işlər naziri Trampın boğazdan təhlükəsiz keçid üçün ödəniş alınması ilə bağlı təklifinə də münasibət bildirib. Əraqçi qeyd edib ki, ABŞ lideri ödəniş məsələsində haqlı olsa da, yükün dəyərinin 20 faizi həcmində rüsum müəyyənləşdirilməsi yüksək göstəricidir.
“Daha ədalətli qiymət müəyyən edəcəyik”, - deyə nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 14 İyul 2026 08:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















