“İran ehtiyac duyarsa, dəstək verərik” Şimali Koreya bu raketi İrana verə bilər
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
"İran ehtiyac duyarsa, dəstək verərik".
"AzPolitika" xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.
Bu bəyanatdan dərhal sonra diqqətlər Kim Çen Inın “mütləq üstünlük simvolu” adlandırdığı "Hwasong-16B" ballistik raketinə yönəlib. Bir neçə ay əvvəl şəxsən sınaq buraxılışını izləyən Şimali Koreya lideri, bu raketi “müdafiə texnologiyasının zirvəsi” kimi təqdim etmişdi.
Hərbi mənbələr "Hwasong-16B" raketinin İrana göndərilməsi ehtimalının ciddi şəkildə müzakirə edildiyini bildirirlər. Belə bir addımın Yaxın Şərqdəki geosiyasi tarazlıqları daha da mürəkkəbləşdirə biləcəyi vurğulanır.
Ekspertlər bildirirlər ki, Şimali Koreyanın bu cür dəstək açıqlaması təkcə İsrail-İran müharibəsinin gedişatına deyil, həm də ABŞ, Çin və Rusiya kimi böyük güclərin regiondakı mövqelərinə birbaşa təsir göstərə bilər.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 19 İyun 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















