Xəz paltolu Madonna romanı ekranlaşdırılacaq
Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.
Türk ədəbiyyatının klassiklərindən olan Səbahəddin Əlinin "Xəz paltolu Madonna" romanı ekranlaşdırılacaq.
Kulis.az xəbər verir ki, ekran işinin rejissor kürsüsündə Sedat İnci əyləşəcək.
Ekran əsərinin aktyor heyətinin formalaşdırılması istiqamətində işlər davam edir.
Romanın ən yaddaqalan obrazı — Maria Puder rolunu canlandırmaq üçün tanınmış aktrisa Farah Zeynep Abdullah ilə danışıqlar aparılır.
Romanın digər baş qəhrəmanı — Raif Əfəndi obrazını kimin oynayacağı isə hələlik açıqlanmayıb.
İlk dəfə 1943-cü ildə nəşr olunan roman qapalı və sakit bir ömür sürən Raif Əfəndinin keçmişində gizlənən təsirli sevgi hekayəsindən bəhs edir:
Ankarada sadə bir müəssisədə çalışan Raif Əfəndi ətrafındakılar tərəfindən sıradan və zəif biri kimi qəbul edilir. Lakin onun keçmişi xarici görünüşünün arxasında dərin daxili dünyanın dayandığını ortaya qoyur.
Gəncliyində Almaniyaya gedən Raif Əfəndi, Berlində bir incəsənət qalereyasında gördüyü avtoportretdən dərindən təsirlənir. Xəz kürklü qadının təsvir olunduğu həmin tablo onu rəsmin müəllifi — azad ruhlu və müstəqil Maria Puder ilə tanış edir.
Əsər bu iki qəhrəmanın münasibəti fonunda sevgini, tənhalığı, özgələşməni və insanların bir-birinin daxili aləmini nə dərəcədə tanıya biləcəyini sorğulayır.
Səbahəddin Əlinin dərin psixoloji təhlilləri və sadə təhkiyəsi ilə seçilən bu roman aradan onilliklər keçməsinə baxmayaraq, hələ də ən çox oxunan kitablar sırasında yer alır.
Məşhur komediyaçı həbs edildi - Zorakılığa görə Antik Roma mədəniyyəti yeni sərgidə Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 28 Oktyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















