Icma.az
close
up
RU
İran ətrafında gərginlik: Azərbaycan və Türkiyə tədbirlər görüb

İran ətrafında gərginlik: Azərbaycan və Türkiyə tədbirlər görüb

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı geniş zərbələr endirməyi, o cümlədən İranın siyasi və təhlükəsizlik rəhbərliyini aradan götürməyi düşünür. Eləcə də ölkənin nüvə obyektlərinə və dövlət qurumlarına potensial zərbələr endirmək barədə hazır plan masa üzərindədir.

Hazırda ABŞ İran ətrafındakı hərbi bazarlarında onminlərlə hərbçi, təyyarə, raket sistemləri və təyyarə daşıyan gəmilər toplayıb. ABŞ rəhbərliyinin İranla bağlı sərt açıqlamaları və mümkün hərbi zərbə ehtimalı regionda gərginliyi artırır.

Globalinfo.az xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev bildirib ki, ABŞ rəhbərliyinin sərt ritorikası hadisələrin mütləq hərbi münaqişəyə keçəcəyi anlamına gəlməməlidir:

“ABŞ-dən verilən bəyanatlardan aydın olur ki, məqsəd heç də İran rejiminin dəyişdirilməsi deyil. Hər iki tərəfdən verilən siyasi bəyanatların barışmazlığı fonunda arxa planda nüvə razılaşmaları ilə bağlı gizli danışıqlar aparılır. ABŞ hərbi qüvvələrinin körfəzə yaxınlaşması da ABŞ və İran arasında aparılan bu danışıqlarda prezident Tramp tərəfindən təkid olunan nüvə razılaşmasını əldə etmək üçün təzyiq vasitəsi kimi başa düşülməlidir. İran xarici işlər nazirinin açıqlamalarından da hiss olunur ki, İran hakimiyyəti ABŞ-nin şərtlərini qəbul etməyə meyllidir. Hadisələrin daha çox bu istiqamətdə inkişaf edəcəyi ehtimalı daha böyükdür.
Yox, əgər hansısa səbəbdən razılaşma əldə olunmazsa və hərbi əməliyyatların başlanması qaçılmaz olarsa, bu qısa müddətli xüsusi hərbi əməliyyat olacaq və böyük qaçqın axınına səbəb olmayacaq”.

C.Feyziyev vurğulayıb ki, Azərbaycan və Türkiyə hadisələrin doğura biləcəyi fəsadları önləmək üçün hazırdılar:

“Həm Azərbaycan və həm də Türkiyə sərhədlərində lazımi təhlükəsizlik tədbirləri görülüb və qonşu dövlətlər hadisələrin doğura biləcəyi fəsadları önləmək üçün hazırdırlar. Nüvə razılaşmasının əldə olunması və belə bir razılaşma əsasında İranın nüvə sənayesindən birdəfəlik və tam şəkildə imtina etməsi ilk növbədə region ölkələri, eləcə də bütün dünya üçün olduqca zəruridir. Bu beynəlxalq miqyasda hərbi-siyasi gərginliyin azalmasını təmin etmiş olardı”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Yanvar 2026 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri