Icma.az
close
up
RU
İran gec tez nüvə silahına sahib olacaq

İran gec tez nüvə silahına sahib olacaq

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Onun bu istəyi türk və ərəb dünyasına qarşıdır”

İranın nüvə proqramı üzrə ABŞ-la danışıqların altıncı raundu iyunun 15-nə təyin edilib.
“İRNA”ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
“Keçirilən məsləhətləşmələri nəzərə alaraq, İran-ABŞ dolayısı ilə danışıqların növbəti raundu gələn bazar günü Maskatda keçiriləcək”, - deyə o qeyd edib.
ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı beş raund danışıqlar aparıb.
Donald Tramp deyib ki, Vaşinqton mümkün uranın zənginləşdirilməsindən imtina etmək istəmədiyinə görə Tehranın mövqeyindən hələlik razı deyil. Tramp daha əvvəl görüşün iyunun 12-də baş tutacağını bildirmişdi.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tammi Bryus deyib ki, ABŞ-İran danışıqlarının Romada keçirilən raundu konstruktiv olub.
O, tərəflərin irəliyə doğru addım atdıqlarını və irəliləyiş əldə olunduğunu bildirib:
“Hər iki tərəf yaxın vaxtlarda yenidən görüşmək barədə razılığa gəlib”.
ABŞ Prezidenti D.Tramp da ABŞ və İran yaxın gələcəkdə Tehranın nüvə məsələləri ilə bağlı problemlərini həll etmək üçün razılığa gələ biləcəyini deyib.
“Bu, (sövdələşmə) çox da uzaq olmayan gələcəkdə baş verəcək”, - deyə Ağ Ev rəhbəri bildirib.
İran xarici işlər naziri Abbas Arakçı isə X hesabında yazıb ki, mətbuat İranla ABŞ arasında edib ki, İran və ABŞ nüvə proqramı ilə bağlı razılaşmadan hələ də uzaqdır.
Politoloq Azər Qasımov qəzetimizə açıqlamasında deyib ki, İranın nüvə məsələsi ətrafında on illərdir İranla ABŞ və MAQATE-nin siçan-pişik oyunu davam edir. İran nüvə enerjisi əldə etmək və onu ciddi məqsədlər üçün uranı 4-5% ətrafında aktivləşdirmək yalanlarından keçən indiyə qədərki müddətdə artıq uranı 70%-ə qədər aktivləşdirdiyi bildirilir ki, bu da bir müddətdən sonra nüvə silahı əldə etmək üçün bəs edəcəkdir. Trampın hakimiyyətə gəlməsi ilə İrana qarşı hərbi müdaxilənin aktuallaşdığı bir dövrdə Trampın İrana son olaraq danışıqlar yolu təklif etməsi və baş tutan bir neçə görüşdən sonra hələ də ciddi nəticənin olmaması gözlənilən növbəti görüş öncəsi isə İranın öz şərtlərini irəli sürməsi onu deməyə əsas verir ki, İran ABŞ-ın əsəblərini sona kimi yoxlamağa qərar verib: “Məsələ ondadır ki, İran elan edilməmiş nüvə sınaqları keçirib və bu da onu göstərir ki, Tehran nüvə silahı əldə etməyə yaxındır. MAQATE-nin yeni hesabatında qeyd edilir ki, İran elan edilməmiş implaziv nüvə sınağı keçirib ki, bu da onları bu işi BMT-nin Təhlükəsizlik Şurasına verilməsi çağırışları etməyə məcbur edib. Bununla yanaşı, MAQATE bəyan edib ki, məlum olub ki, İran BMT-də casusluq yolu ilə nüvə sınaqları barədə məlumatları oğurlayırmış və bu da ayrıca həyacan təbili çalmağa dəyər məsələdir.
BMT yanında Beynəlxalq Atom Enerjisi Agentliyi MAQATE baş katibi Rafael Qrossi keçirdiyi brifinqdə İranın nüvə enerjisi sahəsində bir çox pozğunluqları barəsində məlumat verib və bildirib ki, İran bir çox nüvə sınağı keçirib və onun izlərini itirmək üçün həmin sınaqların keçirildiyi əraziləri dezinfeksiya etməyə çalışıb ki, nəzarət agentliyini çaşdıra bilsin. Hesabatda deyilir ki, MAQATE qeyd edilən bu ərazilərdə: Voramin, Marivan və Turquzabadda süni uran zərrəcikərinin izinə rast gəlib. Qeyd edilib ki, İran çoxsaylı sınaqlarla iimplaziya, yəni daxilə yönəlik partlayışlar keçirib, hansı ki, bu tip sınaqlar ancaq nüvə silahı olan atom bombasının istehsalı üçün aparılır və bu tip sınaqların mülki nüvə enerjisi ilə əlaqəli tətbiqi yoxdur. Qeyd edilib ki, İran tərəfindən dəfələrlə nüvə enerjisi proqramının texniki göstəriciləri barəsində məlumat istənsə də, buna cavab verilməyib. Belə nəticəyə gəlinib ki, İran nüvə materiallarını deklorasiya etməyib və bu qeyd edilməyən məntəqələrdəki nüvə fəaliyyətini gizlədib”.
Hesabatın əsas hissəsi İranın 20 illik tarixi ərzində əldə etdiyi təcrübənin 2025-ci ildə nəticə etibarı ilə nüvə silahına sahib olacağına gətirib çıxaracağı qeyd edilir.
Bütün bunlar İran ilə ABŞ arasında İranın nüvə fəaliyyəti ilə əlaqəli danışıqların danışıqlar yolu ilə və ya danışıqların baş tutmaması nəticəsində İranın nüvə obyektlərinə İsrailin zərbələr endirilməsi ilə nəticələnəcək yol ayrıcında baş verir.
İran hadisələri qabaqlamaq məqsədi ilə elan etdi ki, guya onlar hansısas super gizli məlumatlara sahib olublar İsrailin nüvə silahına sahib olması ilə əlaqəli. Amma bu əfsanəyə çox az inanan oldu: “31 may tarixli bəyanatla Beynəlxalq Atom Enerjisi Agentliyi MAQATE-yə daxil olan ölkələrin nəzərinə çatdırıb ki, İran qəti şəkildə nüvə silahı istehsal etmək üçün gizli məlumatların əldə edilməsinə cəhdlər edib ki, bu da qarşılıqlı əməkdaşlığın ruhuna ziddir və bu, MAQATE-nin İrandakı fəaliyyətini sonlandıra bilər. MAQATE-nin məsləhət şurasına daxil olan 35 ölkə bu həftə rüblük yığıncağında, hansı ki, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya iştirak edir, onlar Direktorlar şurasına İranın nüvə silahının yayılmasının qarşısının alınmasına dair razılaşmanın şərtlərini pozduğuna dair qətnamə təqdim edəcəklər. Bəzi ölkələr vardır ki, bu qətnaməni qəbul etmirlər. Onlar bildiriblər ki, əldə olunmuş invaziv partlama izlərinin, əvvələr müəyyən edilməmiş
məntəqələrin tapılması, İranın qəti şəkildə gizli nüvə məlumatlarını əldə etməyə cəhd etməsi hələ İranın nüvə silahına sahib olması anlamına gəlmir. İran isə qarşı cavab addımları formalaşdırmaqla bildirib ki, bu, əlaqələrin inkişafına səbəb olmayacaq. XİN rəhbəri Baqayi isə bəyan edib ki, İran hər zaman MAQATE ilə münasibətlərini ən başdan öz yaxınlaşmasını qarşılıqlı əməkdaşlıq çərçivəsində qurub. Təəssüf ki, agentlik öz fəaliyyətini siyasi ambisiyalar və üç ölkənin təsiri altında qalaraq qurur. Cavab olaraq MAQATE ilə əməkdaşlıqdan imtina etmək olunacaq.
Bəlli olub ki, İran ABŞ-la danışıqlarda öz qarşı təkliflərini Oman vasitəsi ilə təqdim edəcək.
Bunu da həmin İsmayıl Baqayi elan edərək bildirib ki, bu, İranın ABŞ-ın təkliflərinə cavabdır, hansı ki, onların təkliflərini məqbul hesab etmirlər. Göründüyü kimi İran Trampın təkliflərini rədd edib və bəyan edib ki, bizim öz təkliflərimiz var. Eyni zamanda İran XİN beynəlxalq ictimaiyyətə müraciət edərək İsrailin nüvə silahından arındırılmasını təmin etsinlər. İsrail də İranın qədim düşməni kimi danışıqları pozmaq istəyir. İranın bu razılaşmalarda əsas tələbi isə tək sanksiyaların götürülməsi deyil, İrana müəyyən həddə qədər uranı zənginləşdirmək razılığının verilməsidir. Vaşinqton isə bildirir ki, heç bir uranın zənginləşdirilməsi olmamalıdır. İran uranın zənginləşdirilməsini həyata keçirən sentrefuqaları məhv etməlidir, istisna şəkildə nüvə enerjisindən sülh məqsədləri üçün istifadə proqram qalmalıdır”.
Göründüyü kimi nə İran, nə də ABŞ bu şərtlərin qəbulunda maraqlı görünür. Hesab etmək olar ki, iyunun 15-də keçiriləcək görüş öncəsi durum heç də yaxşı deyil. Nəticə almaq üçün ortaq mövqe yoxdur. Amma, hələ ki, danışıqlar aparmaq üçün predmet var, danışıqların davam edəcəyi qənaəti hasil olur. İlk növbədə ona görə ki, ABŞ İrana hərbi müdaxilədə maraqlı deyil. Trampın bir müddət öncə İran haqqında, İran xalqı haqqında dediyi xoş sözlərdən sonra danışıqları kəsib hərbi varianta əl atacağı məntiqli görünmür. Amma İsrailin də sona kimi səbr göstərəcəyi şübhə doğurur.
Əslində, bütün qeyd edilənlər İranın nüvə proqramı ətrafında davam edən proseslərin sivil tərəfi olmaqla, tərəflərin bəyanat və hərəkətlərinin sanki reallığı əks etdirdiyi görüntüsü yaradır. Məsələ ondadır ki, İran rejimi nüvə enerjisinə sahib olmağı uranı 4-5% zənginləşdirmək istəyi adı altında başlamışdı ki, bu da tibbi məqsədlər daşıyırdı. Amma zaman keçdikcə İranın uranın 20%-ə qədər zənginləşdirdiyi üzə çıxdı. Sonralar bu faiz 60 %-ə qalxdı, hətta 90% olduğu deyildi. İranın bir-iki il əvvəl, bir-iki aya nüvə silahına sahib ola biləcəyi xəbərləri yayıldı. Bundan sonra İsrail İrana qarşı kiber hücumlar, İran nüvə fizikası sahəsindəki alimlərinə sui-qəsdlər təşkil etdi. Nüvə obyektlərində yanğınlar törədildi, hətta yazılı nüvə məlumatlarının gizli yerlərdən İsrail tərəfındən oğurlandığı xəbərləri yayıldı. Göründüyü kimi bu münasibətlər heç vaxt sivil olmayıb. Heç kim öz sözünə əməl etməyib və nəhayətdə indi İranın nüvə silahına sahib olmasına bir addım qalıb: “Əslində, bu danışıqlar tərəflər üçün bir fürsətdir, daha doğrusu dünyanın gözünə kül üfürmək üçün oynanılan bir oyundur. Həmişə qeyd etmişəm ki, İanın nüvə proqramı nə ABŞ-a, nə də İsrailə qarşı yönəlib. İranın nüvə silahına sahib olmaq istəyi türk və ərəb dünyasına qarşıdır. İran rejimi müsəlman dünyasında qarşıdurma yaratmaq məqsədi ilə yaradılıb. Günün birində türklərin və ərəblərin fars molla rejimindən hesab sormasının qarşısını almaq üçün İrana nüvə silahı çəkindirici güc kimi lazımdır. Min illik Türk hakimiyyətindən sonra hakimiyyətə gətirilmiş İran rejimi asanlıqla öz hakimiyyətindən imtina etməz. Ona görə də ona nüvə silahı hava-su kimi lazımdır. Hesab edirəm ki, İran gec-tez nüvə silahına sahib olacaq. Ona görə də bu, Türk dünyası tərəfindən ciddi nəzarətdə saxlanılmalıdır.
Nəticə etibarilə İran nüvə silahına sahib olsa belə, bu, ondan istifadə ediləcəyi anlamına gəlmir. Təbii ki, bu, Yaxın Şərqdə nüvə silahına sahib olma yarışının başlanmasına gətirib çıxarar. Türk və ərəb dünyasının da nüvə silahına sahib olması an məsələsi olar. Amma, hesab edirəm ki, Bundan sonra Yaxın Şərqə tam sakitlik gələ bilər. Bunlar məsələnin konspirativ nəzəriyyələr tərəfi olsa da, ümumiyyətlə nüvə silahından imtina daha doğru yoldur. Nüvə enerjisi əgər insanların yararına deyil, onun məhvi üçün istifadəyə hazır vəziyyətə saxlanılacaqsa, bu, heç kimə xeyir gətirə bilməz. Əksinə olaraq nüvə enerjisi tibbi məqsədlər üçün istifadə ediləcəksə, bu, daha doğrusudur”.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 İyun 2025 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubernator Trampa qarşı birlik yaradacaq

11 İyun 2025 09:01see170

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see142

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see129

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see126

Saray körpüsünün yaxınlığında çökən yol təmir edilib

11 İyun 2025 12:17see123

Cənnət alması sirkəsinin bilmədiyimiz faydaları

11 İyun 2025 12:18see122

Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb

11 İyun 2025 16:03see121

Orta Dəhliz regional əməkdaşlığa geniş meydan açır

11 İyun 2025 09:51see119

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see116

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see116

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası

11 İyun 2025 12:20see116

Rusiya sözün həqiqi mənasında başını itirib

11 İyun 2025 06:36see115

Bu qurumda İşçi qrupunun sayı artırılıb Fərman

11 İyun 2025 15:52see115

Azərbaycanda kripto ilə ödəniş etmək mümkün olacaq? AÇIQLAMA

11 İyun 2025 12:32see114

İranın cənubunda metanol anbarında baş verən yanğında 3 nəfər ölüb

11 İyun 2025 14:04see114

Tahir Mirkişili: Ailə dəyərlərinin güclü olduğu ölkələrdə iqtisadi üstünlük formalaşır

11 İyun 2025 16:59see114

Ən uzunömürlü 3 BÜRC

11 İyun 2025 13:39see113

Böyük Britaniyada küçədə gecələmək cinayət sayılmayacaq

11 İyun 2025 12:43see113

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see113

Xarkova kütləvi hücum zamanı yaralananların sayı 50 ni keçdi, iki nəfər öldü KONKRET

11 İyun 2025 09:05see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri