Icma.az
close
up
RU
İran hava məkanını bağlayır: İki MÜHÜM SƏBƏB KONKRET

İran hava məkanını bağlayır: İki MÜHÜM SƏBƏB KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

“İranın hava məkanını qismən və ya tam bağlaması ölkənin yaxın vaxtlarda təhlükəsizlik və hərbi xarakterli addımlara hazırlaşdığını göstərə bilər”.

Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib.

Politoloqun sözlərinə görə, Tehran adətən hava məkanını iki əsas halda bağlayır: ya regionda hərbi risklər kəskin şəkildə artanda, ya da İran özü müəyyən əməliyyatlara hazırlaşdığı zaman bu, baş verir. Mövcud gərginlik fonunda bu qərar yaxın günlərdə mümkün hücum ehtimalının yüksəlməsi, PUA və raket təhlükəsinin artması, eləcə də komanda-idarəetmə sistemlərinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi ilə əlaqəli ola bilər.

“Hava məkanının bağlanması eyni zamanda strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi, hava hücumundan müdafiə sistemlərinin maneəsiz fəaliyyəti və mülki aviasiyanın risklərdən qorunması məqsədi daşıyır”.

Onun fikrincə, bu addım İranın mümkün qarşılıq tədbirlərinə də hazırlaşdığına işarə edir.

“Əgər Tehran ABŞ və ya İsrail tərəfindən mümkün zərbələri qaçılmaz hesab edirsə, preventiv tədbirləri sürətləndirə, xüsusi hərbi kontingentlərin yerləşdirilməsini həyata keçirə və regional müttəfiqlərlə koordinasiyanı gücləndirə bilər”.

Politoloq əlavə edib ki, hava məkanının bağlanması həm də informasiya nəzarətinin sərtləşdirilməsi, strateji hərəkətlərin gizlədilməsi və ölkə daxilində təhlükəsizlik protokollarının yenilənməsi deməkdir. Onun sözlərinə görə, bu qərar İranın yaxın günlər üçün ciddi təhlükəsizlik ssenarilərini nəzərdən keçirdiyinin ən açıq siqnallarından biri hesab olunur.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Yanvar 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri