İran həmin region ölkələrini hədələdi
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
“İran təkcə Hörmüz boğazında deyil, həm də Fars körfəzindən neft daşınmasında istifadə olunan digər dəniz marşrutlarında da tankerlərə zərbə endirməyə hazırdır”.
“Qafqazinfo” xəbər verir ki, bu haqda İranın Ali Milli Təhlükəsizlik Şurasının (AMTŞ) katibi Möhsün Rəzayi açıqlama verib.
“Biz nəinki Hörmüz boğazından, hətta Fars körfəzindən belə bir damla neftin çıxarılmasına imkan verməyəcəyik”, - deyə o bildirib.
AMTŞ katibi izah edib ki, əgər region ölkələri ABŞ-nin İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləsələr, Tehran belə tədbirlər görməyə hazırdır. O əlavə edib ki, belə bir addım İranın maraqlarına zərər vuracaq. Rəzayi dost ölkələri ABŞ ilə müttəfiqlik etməməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:İran region ölkələrini hədələdi
26 Sentyabr 2026 04:47
İran qonşu ölkələrini hədələdi
28 Yanvar 2026 15:55
İran hakimiyyəti Avropa ölkələrini hədələdi
07 Mart 2026 05:11
İran Körfəz ölkələrini hədələdi: Onlara icazə versəniz...
27 Mart 2026 06:23
İran yenə ərəb ölkələrini hədələdi: Çoxlu sürprizlərimiz var
16 Sentyabr 2026 00:12
Baxış sayı:167
Bu xəbər 23 Avqust 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















