İran hərbi qarşıdurmadan daha ağır problemlə üz üzədir
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin “səssiz iqtisadi müharibə” ilə üzləşdiyini və bunun öhdəsindən gəlmək üçün birgə səylərin vacib olduğunu bildirib.
Modern.az İRNA-ya istinadən xəbər verir ki, Pezeşkian bu barədə Tehranda keçirilən illik kapital bazarı konfransında danışıb.
“Biz raketlərin atıldığı, dağıntıların baş verdiyi müharibədən daha çətin bir səssiz müharibənin içindəyik. Bu, sizin, iqtisadiyyatın iştirakçıları olaraq üzləşdiyiniz iqtisadi müharibədir. Bu mübarizə asan deyil”, – İran Prezidenti deyib.
Pezeşkian İranın qeyri-bərabər və ədalətsiz müharibə ilə üzləşdiyini, ölkəni çökdürmək planlarının isə əhalinin, təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin, eləcə də istehsalçıların, investorların və sahibkarların səyləri nəticəsində baş tutmadığını bildirib.
“Düşmən aclığın başlayacağını, mal qıtlığının yaranacağını gözləyirdi. Bunların heç biri baş vermədi, istehsal davam etdi”, – o qeyd edib.
İran Prezidenti müharibə şəraitində göstərdikləri səylərə görə iqtisadiyyatın iştirakçılarına təşəkkür edib. O vurğulayıb ki, ölkənin problemlərini həll etmək üçün ilk addım onların mövcudluğunu qəbul etmək, sonra isə həll yolları üzərində işləməkdir.
Baxış sayı:35
Bu xəbər 21 Noyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















