İran Hörmüz boğazından keçməyi planlaşdıran gəmilərin alternativ yollar seçməsini tələb edib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 9 aprel, AZƏRTAC
İran Hörmüz boğazından keçməyi planlaşdıran bütün gəmilərin minalarla toqquşma riskindən yayınması üçün rəsmi Tehranın təklif etdiyi iki alternativ marşrutdan istifadə olunmasını tələb edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələri bununla bağlı bəyanat yayıb.
Bildirilib ki, Fars körfəzi və Hörmüz boğazındakı hərbi vəziyyət və dənizdə müxtəlif gəmi əleyhinə minaların aşkarlanması ehtimalı səbəbindən boğazdan keçmək niyyətində olan bütün gəmilərdən Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri ilə əlaqələndirilərək sonrakı xəbərdarlığa qədər alternativ yollardan istifadə etmələri tələb olunur. Vurğulanır ki, bu qərar dəniz təhlükəsizliyi prinsiplərinə riayət etmək və dəniz minaları ilə potensial toqquşmalardan qorunmaq üçün verilib.
Bəyanatda Fars körfəzi ilə Hörmüz boğazından və geriyə iki alternativ marşrutun müəyyən olunduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 09 Aprel 2026 08:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















