İran İraqda separatçı qrupların mövqelərinə zərbə endirib
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
İran İraqda separatçı kürd qruplaşmalarının mövqelərinə zərbələr endirib.
APA İran mediasına istinadən xəbər verir ki, əməliyyatı SEPAH və İranın Kəşfiyyat Nazirliyi birgə keçirilib.
Məlumata görə, İraqın Kürdüstan Muxtar Regionunda separatçı qruplaşmaların mövqeləri və imkanlarının əhəmiyyətli hissəsi məhv edilib.
Məlumatda deyilir ki, silahlı qruplar ABŞ və İsrailin dəstəyi ilə və müharibə şəraitindən sui-istifadə edərək ölkənin qərb sərhədlərindən daxil olaraq şəhər və sərhəd bölgələrində separat məqsədli terror hücumları həyata keçirməyi planlaşdırıblar.
“Lakin Kəşfiyyat Nazirliyi və SEPAH-ın birgə qabaqlayıcı xarakterli müdafiə əməliyyatı nəticəsində bu muzdluların mövqelərinin və imkanlarının əhəmiyyətli hissəsi məhv edilib, onlara ağır zərbə vurulub”, - SEPAH-ın bəyanatında bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 05 Mart 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















