Icma.az
close
up
RU
İran İslam “dəyər”lərindən imtina edir? Hicab tələbinin ləğv olunmasının PƏRDƏARXASI

İran İslam “dəyər”lərindən imtina edir? Hicab tələbinin ləğv olunmasının PƏRDƏARXASI

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

“İranda qadınların hicaba məcbur edilməsi rəsmən aradan qaldırılıb. Təbii ki, bu, beynəlxalq aləmin İrana təziqləri qarşısında ümid çırağı kimi düşünülüb. Məhsa Əmini adlı qadını hicab qanunu pozması bəhanəsi ilə öldürən qanlı fars molla rejimi qalxan üsyanlar və etiraz dalğalarına qarşı yelkən aça bilmədi, lövbər salmağa məcbur oldu. 
Əslində o vaxtdan bu yana qadınlar hicabdan çıxmışdı. Hökumət sadəcə bu reallığı rəsmiləşdirdi. İslahatçı kimi tanınan Prezident Pezeşkianın yumşalma siyasətinin də burada rolu böyükdür. Lakin İranda bu kimi qatı hökmləri dinlə, İslamla əlaqələndirib əslində xalqı dindən uzaqlaşdırır, ikrah oyadırlar”. 
Bunu İranda hicabın aradan qaldırılmasını Bizim.Media üçün şərh edən ilahiyyatçı Tural İrfan deyib. 
O bildirib ki, dinin heç bir hökmündə məcburiyyət yoxdur:
“İnanc könüllüdürsə o inancdan doğan qaydalar, ayinlər də təbii ki, könüllüdür. İslam dindir, partiya deyil. Dövlət idarəçiliyi üsulu da deyil. Dinlər insanların sosial, mənəvi, əxlaqı dünyasını zənginləşdirmək, adamları insanlaşdırmaq üçün gəlir. Lakin İranda hazırki rejim qurulanda xalqı, digər millətləri əsarətdə saxlamaq üçün ümmətçilik, şiəlik prinsipləri əsasında İslamın təhrif edilmiş bəzi qaydalarını dövlət qanunları kimi qanuna saldı. Beləcə İran konstitusiyasında qadınların hicaba bürünməsi də vacib oldu. Hətta qeyri - müsəlman qadınlar belə İranda hicaba bürünməyə məcbur edilirdi. 
 

İran inqilabının əsl lideri, sonralar rejimin ev dustağı edərək öldürdüyü Təbriz əsilli ayətullah Seyid Məhəmməd Kazım Şəriətmədari deyirdi ki, “əsla dini siyasətə, dövlətə qatmayın.


Sabah hakimiyyət uçuruma gedəndə din də onunla birgə getməsin...” Onda bu fikirləri qəbul etmədilər. Amma indi, 46 ildən sonra həmin Azərbaycan türkünün dediyinə gəlirlər”. 
İran niyə referendium keçirmədi?
Dinşünas onu da vurğulayıb ki, Konstitusiyaya dəyişikliklər etmədən hicab tələbinin ləğvi dinin İran rejiminin əlində sadəcə siyasi alət olduğunu bir daha sübut edir:
“Belə taleyüklü məsələ ümumxalq səsverməsi-refendum yolu ilə həll edilməlidir. Amma rəsmi Tehran axşam yatıb, tezdən durub dedi ki, hicab taxmaq könüllüdür.
Yoxsa ki, vəhy gəlmədi, İmam Mehdi zühur etmədi ki, hökmü dəyişə?!
Çünki İran konstitusiyasına görə dinin hökmlərini yalnız məsum İmam dəyişə bilər. Demək özləri öz etdiklərinin əleyhinə getdilər.
 

Hazırda əhalinin əksəriyyəti Səfəvilər dövründən bəri indiki məzhəbdə olduğu üçün rejim də özünü o məzhəbə aid edir. Amma dini, hətta məzhəbin özünü belə təhrif edib, siyasiləşdiriblər. Ancaq din məsələlərində insanlara ölkənizdəki kimi sərbəstlik verilsə idi, din bir dəyər kimi sevilib yaşadılardı. 


Lakin İranda xalqı dindən ikrah etdirdilər. Xalq da hakimiyyətə nifrət etdiyi kimi dinə də nifrət etməyə başladı. Getdikcə İran hakimiyyəti cinayətini anlayacaq və təhrif etdiyi bütün əmrlərdən geri çəkilməyə məcbur olacaq. Əsl İslamda əsla hicab məcburiyyəti yoxdur. Qadınlar bunu rejimdən daha gözəl anladığı üçün hicablarını açırlar. Çünki onlar hicabı Allaha görə deyil, rejimin qorxusundan bağlayırdı”.
Surxay Atakişiyev, Bizim.Media
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Oktyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri