Icma.az
close
up
RU
İran İslam Şurası Məclisinin deputatı: Azərbaycanla əlaqələrin genişləndirilməsi üçün...

İran İslam Şurası Məclisinin deputatı: Azərbaycanla əlaqələrin genişləndirilməsi üçün...

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Milli Məclis sədrinin müavini, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyafət Əsgərovun ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin deputatı Məhəmməd Cavad Əsgərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, vitse-spiker Ziyafət Əsgərov qonaqları salamlayaraq Azərbaycanla İran arasında dostluq əlaqələrinin inkişaf etdiyini söyləyib. O, cari ilin sentyabr ayında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirildiyini, VII çağırış Milli Məclisin formalaşdığını, İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradıldığı bildirib. Ölkələrimizin siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq etdiyini deyib.

Milli Məclis sədrinin müavini hazırda Azərbaycanın ev sahibliyi ilə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb. COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşünün işə başladığını və İran parlament nümayəndə heyətinin bu mühüm tədbirdə iştirak etdiyini məmnunluqla qeyd edib. O, toplantıda ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verildiyini, bu istiqamətdə parlamentlərin verə biləcəyi töhfələrdən bəhs edib.

İran İslam Şurası Məclisinin nümayəndə heyətinin rəhbəri Məhəmməd Cavad Əsgəri səmimi görüşə görə təşəkkürünü ifadə edib. O, İranın Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduğunu söyləyib, əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanların mövcudluğunu qeyd edib, münasibətlərimizin möhkəmlənməsində parlamentlərin rolundan danışıb.

Məhəmməd Cavad Əsgəri Azərbaycanda keçirilən COP29-un və COP29 çərçivəsində Parlament Görüşünün yüksək səviyyədə təşkil olunduğuna görə təbriklərini çatdırıb. Ekoloji problemlərin həllinə həsr edilmiş bu tədbirin mühüm qlobal əhəmiyyətini vurğulayıb. O, iqlim dəyişmələrinin mənfi təsirlərindən qorunmaq və onun fəsadlarının aradan qaldırılması üçün dövlətlərin və parlamentlərin birgə səylərinin önəmli olduğunu bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Noyabr 2024 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see176

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see159

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see156

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see153

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see137

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see129

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see127

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see123

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see122

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see121

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see121

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see119

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see118

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see118

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see117

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see117

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri