Icma.az
close
up
RU
İran İsrail: Prosesə kimlər qoşula bilər?

İran İsrail: Prosesə kimlər qoşula bilər?

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Bir neçə gündür davam edən İran-İsrail qarşıdurması davam etməkdədir. Son iki gün daha çox diplomatik çərçivədə “mesajlar”la yadda qalıb. Belə ki, ABŞ Prezidenti Donald Tramp İranı qeyd-şərtsiz təslim olmağa çağırıb. Ağ Evin rəhbəri öz  “Truth Social” sosial şəbəkəsində qeyd edib ki, o, İranla problemi həll etmək üçün hərbi gücdən istifadə etmək niyyətində deyil lakin eyni zamanda, vurğulayıb ki, Vaşinqtonun səbri tükənmək üzrədir. Tramp onu da bildirib ki, İran üzərindəki hava məkanı tamamilə ABŞ-ın nəzarəti altındadır. Qeyd edək ki, beynəlxalq ictimaiyyətin ən önəmli gündəm mövzusuna çevrilən İsrail - İran qarşıdurması davam edir. Hər iki tərəf bir-birinin hərbi bazalarına, enerji infrastrukturlarına və digər strateji obyektlərinə raket və dron zərbələri endirir. İsrail Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 18-də səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50-dən çox döyüş təyyarəsi Tehran ərazisindəki hərbi istehsal obyektlərinə silsilə hücumlar həyata keçirib. Nazirliyin məlumatında qeyd olunur ki, kütləvi hücumlar zamanı Tehranda “yer-yer” raketlərinin yığılması üçün xammal və komponentlər istehsal edən obyekt məhv edilib. Hər iki tərəfdə xeyli sayda itkilər müşahidə edilməkdədir. İran mediası bildirir ki, İsrailin hücumları başladığı gündən bəri İranda 224 nəfər həlak olub. İranın nüvə obyektləri də ciddi dağıntılara məruz qalıb. Beynəlxalq Atom Enerji Agentliyinin rəhbəri Rafael Qrossi BBC-yə açıqlamasında bildirib ki, Natanz obyektinə ciddi ziyan dəyib və təqribən 15 min sentrifuqanın məhv edildiyi ehtimal olunur. İsrail rəsmiləri isə İranın raket hücumları nəticəsində 24 nəfərin öldüyünü, 647 nəfərin yaralandığını və hamısının mülki şəxslər olduğunu açıqlayıb.

ABŞ və Böyük Britaniya tədbirlər görməyə başlayıb

Ağ Evdə Trampın sədrliyi ilə İranla bağlı qapalı iclas keçirilib. “The Wall Street Journal” müəyyən mənbələrə istinadən məlumat yayıb ki, iclasda Vaşinqtonun Tehrana qarşı hərbi əməliyyatda  iştirakı ilə bağlı məsələ müzakirə olunub. Agentlik bildirib ki, iclas nəticəsiz başa çatıb və görüşdə bundan sonrakı addımlar barədə yekun qərar qəbul olunmayıb. Nəşr hesab edir ki, gərginliyin artması fonunda ABŞ İran probleminin güc yolu ilə həlli imkanlarını nəzərdən keçirir. Artıq ABŞ bu istiqamətdə tədbirlər görməyə başlayıb. “New York Times” qeyd edir ki, Yaxın Şərqdəki ABŞ-ın hərbi bazalarında hərbiçilər yüksək hazırlıq vəziyyətinə gətirilib. Məlumatda vurğulanır ki, Ağ Ev Vaşinqtonun İsrail tərəfindən silahlı münaqişəyə müdaxilə edəcəcəyi təqdirdə İranın ABŞ hərbi bazalarına raket zərbələri endirəcəyindən ehtiyatlanır. “ABC News” isə bildirir ki, növbəti 24-48 saat ərzində İran rəhbərliyi ABŞ-ın tələblərinə və masa arxasında oturmağa razı olmasa, Tramp hərbi müdaxilə variantına əl ata bilər. “Əl-Cəzirə”nin məlumatına görə, ABŞ-ın B-52 bombardmançı təyyarələri Hind Okeanındakı Dieqo Qarsiya bazasında yerləşdirilib. Bundan başqa, ABŞ və onun müttəfiqləri Körfəz bölgəsində də fəallığını artırıb. ABŞ və onun müttəfiqlərinə məxsus hərbi gəmilər Bəhreyndə yerləşən bazanı tərk edərək açıq dənizə çıxıb. Böyük Britaniya Kral Hərbi Hava Qüvvələri də prosesə cəlb olunub. “Axios”un məlumatında isə bildirilir ki, Netanyahu Trampın yaxın günlərdə müharibəyə qoşulmaqla bağlı qərarını gözləyir.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 İyun 2025 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri