İran: İsrail rəsmiləri təhdid edib
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran lideri Ayətullah Əli Xameneinin müşaviri və keçmiş parlament sədri Əli Laricani, İsrailin hücumların ilk günündə bəzı yüksək vəzifəli İran rəsmilərinə təhdid mesajları göndərdiyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, Dövlət televiziyasında çıxış edən Laricani, İsrailin məqsədinin təkcə hərbi və siyasi infrastrukturu deyil, birbaşa İranın ali lideri Xameneini hədəfə almaq və dövlət sistemini çökdürmək olduğunu deyib. “Düşmən liderlik toplantısını hədəf almaqla dövlət strukturlarını çökdürə biləcəyini düşünürdü,” – deyə o qeyd edib.
Laricani əlavə edib ki, hökumətə qarşı xalqın dəstəyinin zəifləyəcəyi fikri ABŞ və İsrailin yanlış hesablaması olub: “Xalqın güclü birliyi və müqaviməti İsrailin planlarını yenidən nəzərdən keçirməyə məcbur etdi.”
O, şəxsi təhdid aldığını da açıqlayıb: “Mənə Təhrandan çıxmaq üçün 12 saat vaxt verildiyi, əks halda mərhum general Qulamalireşid və general Məhəmməd Bakıri ilə eyni aqibəti yaşayacağım bildirildi. Amma onlara Netanyahuya yaraşan bir cavab verdim.”
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 30 İyun 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















