Icma.az
close
up
RU
İran İsrailin nüvə proqramına dair məxfi sənədləri açıqladı ŞOK DETALLAR BİLİNDİ KONKRET

İran İsrailin nüvə proqramına dair məxfi sənədləri açıqladı ŞOK DETALLAR BİLİNDİ KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran mediası İsrailin nüvə proqramına dair əldə edilən məxfi sənədlərin ilk hissəsini ictimaiyyətə təqdim edib. Məlumata görə, sənədlər birbaşa İsrail rejimindən əldə olunubbeynəlxalq ictimaiyyətə, xüsusilə də Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) fəaliyyətinə dair ciddi ittihamlar ehtiva edir.

KONKRET.az xəbər verir ki, İran mediasında yayılan məlumata əsasən, sənədlər MAQATE-nin baş direktoru Rafael Qrossinin İrana qarşı siyasətdə İsraillə tam əməkdaşlıq etdiyini, o cümlədən sionist rejimin göstərişlərini yerinə yetirdiyini göstərir.

İranın informasiya naziri İsmayıl Xətib iyunun 8-də verdiyi açıqlamada bu sənədləri “kəşfiyyat məlumatlarının xəzinəsi” adlandıraraq, ölkənin müdafiə və hücum potensialının artırılmasında istifadə olunacağını bildirmişdi. Nazir əlavə edib ki, sənədlər İsrailin hərbi və raket proqramları, eləcə də nüvə hərbi layihələri və bu layihələrdə iştirak edən alimlər haqqında mühüm məlumatlar ehtiva edir.

Tehran rəsmiləri həmçinin bu məlumatların İranın müttəfiqləri və anti-İsrail qruplarla paylaşılacağını da bəyan ediblər.

Analitiklər bu hadisəni İran–İsrail münasibətlərində artan gərginliyin yeni mərhələyə keçməsi kimi dəyərləndirirlər. Qeyd edək ki, sənədlərin məzmununun tam miqyası və doğruluğu hələlik beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənməyib.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 İyun 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri