İran italiyalı jurnalist Sesiliya Salanı həbsdən azad edərək ölkəsinə göndərib AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Roma, 8 yanvar, AZƏRTAC
İranda həbs olunmuş italiyalı jurnalist Sesiliya Sala azad edilib və İtaliyaya göndərilib.
AZƏRTAC xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, diplomatik və kəşfiyyat kanalları vasitəsilə aparılan gərgin iş sayəsində Sesiliya Sala İran hakimiyyəti tərəfindən azad edilib və ölkəyə göndərilib. Bildirilir ki, jurnalistin olduğu təyyarə artıq Tehrandan havaya qalxıb.
Baş nazir Ciorcia Meloni jurnalistin geri qaytarılmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib, Sesiliyanın valideynləri ilə telefon danışığı aparıb.
İtaliya Prezidenti Sercio Mattarella da Sesiliya Salanın vətənə qayıtması münasibətilə Baş nazir Ciorcia Meloniyə təbrikini çatdırıb və jurnalistin valideynlərinə zəng edib.
Xatırladaq ki, italiyalı jurnalist Sesiliya Salanın dekabrın 19-dan İranda həbs olunmuşdu.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 08 Yanvar 2025 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















