İran millisi ABŞ də etirazlarla qarşılandı Foto
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2026-cı il FIFA Dünya Çempionatının G qrupunda Belçika ilə qarşılaşacaq İran Milli Futbol Komandası ABŞ-də etiraz aksiyaları ilə üzləşib.
“Qafqazinfo” xəbər verir ki, İran yığması Meksikadakı təlim-məşq düşərgəsindən Los-Ancelesə gələrək qarşılaşma öncəsi son məşqini “Carson Sports Park”da keçib.
Lakin komandanın məşqi barədə məlumat alan etirazçılar obyektin girişində toplaşaraq nümayiş keçiriblər.
Gücləndirilmiş təhlükəsizlik tədbirləri altında komanda məşq meydançasını alternativ çıxışdan tərk edərək hotelə yollanıb. Bununla belə, etirazçılar komandanı izləyərək yerləşdikləri hotelin qarşısında da aksiyanı davam etdiriblər və şüarlar səsləndiriblər.
Qeyd edək ki, İran milli komandası Los-Ancelesdə keçirilən ilk qrup matçında da oxşar etirazlarla qarşılaşmışdı. Həmin görüşdən əvvəl də komandanın qaldığı hotelin qarşısında nümayişlər təşkil olunmuşdu.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 21 İyun 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















