Icma.az
close
up
RU
İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Dünya Azərbaycanlıları Konqresinin sədri, Xalq Şairi Sabir Rüstəmxanlının İranın ali rəhbəri Seyid Əli Xameneiyə ünvanladığı son müraciət rəsmiyyətdə Azərbaycan Respublikasının vətəndaşlığını daşıyıb, beyin və əməl işində fars-molla rejiminin köləliyindən uzağa getməyən bir çoxlarının maskasını üzə çıxardı. Bütün yaradıcılığı böyu “Bütövlük həsrəti”ni yaşayan Xalq Şairinin özünü az qala islam dünyasının lideri sayan Xameneiyə “Mövcud vəzifənizdən könüllü olaraq istefa verib, idarəçiliyi xalqın iradəsini ifadə edən, beynəlxalq ictimaiyyət tərəfindən qəbul oluna biləcək, ədalətli və şəffaf bir rəhbərliyə həvalə edin” deməsi kimlərinsə kürkünə birə salıb.

Niyə? Axı məqsəd və niyyət ortadadır: nə qədər ki ölkənin din pərdəsi altında fars şovinizminin maraqlarına uyğun idarəçiliyi davam edəcək, İran insanına rahatçılıq yoxdur. Bu zehniyyat və bu baxışla XXI əsrdə dövlət idarə edilməz! Bu rejimin qaydaları nəinki demokratik və sivil prinsiplərə, İslamın özünə belə ziddir.

İslamın müqəddəs kitabı “Vətəni sevmək imandandır” deyir, Xamenei cəlladları Azərbaycanı vətən deyə sevənləri dar ağacından asır, zindanda çürüdür.

"Qurani Kərim" "Göylərin və yerin yaradılması dillərinizin və rənglərinizin müxtəlifliyi Onun qüdrət əlamətlərindəndir" deyir, Xamenei rejimi türklərə öz dilində danışmağı qadağan edir. Belə olan halda nəyə görə Xamenei aşiqləri, ən azından özünü təmizə çıxarmaq üçün olsa da, etiraz edib demir ki, ağa, adını islam qoyduğun nədi, islama qarşı çıxdığın nədi? Belə çıxır ki, onlar İran mollası eşqinə Allahın da sözünü qulaqardına vururlar. Axı bunlar özləri də bilirlər ki, İslamda ən vacib əməllərdən biri haqqı deməkdir.

Həqiqətin isə bir adı var: İranda Azərbaycanın əsas düşməni ayrı-ayrı məmurlar və ya diplomatik görünüşlü manqurtlar deyil - bu, bilavasitə "ali rəhbər" dediyiniz Əli Xameneidir – uzun illərdir ki, Bakıya qarşı ardıcıl şəkildə düşmənçilik və dağıdıcı siyasət quran şəxs.

Azərbaycana qarşı hər bir təxribatın, hər bir informasiya hücumunun, ölkəmizə qarşı yönəlmiş hər bir kampaniyanın arxasında məhz o dayanır. Adını "Ali dini rəhbər" qoyan şəxsin idarəçilik sistemi türkləri təhqir etməklə həm də Allahın ayələrinə qarşı üsyan etmiş olub. Allahın hökmünün pozulmasına susanlar, bu hökmü pozan sistemin başında duran adama istefa deməkdən bu qədər qəzəblənirlərsə, Xameneini Allahdan böyük görmürlərmi?

Xamenei heç vaxt Azərbaycanı sevməyib. Hətta bizim ölkənin müstəqilliyini belə rişxəndlə qarşılayıb. 1991-ci ildə Ermənistanın müstəqilliyini şanlı şəkildə təbrik edən bu zat Azərbaycanın SSRİ-dən ayrılaraq müstəqil olmasına “kiçik bir bölgənin böyüyə birləşməməsi” kimi münasibət göstərib.

Budurmu müsəlman lideri? Budurmu Hüseyn aşiqi? Dünyanın ən adil hökmdarlarından olan İmam Əlinin, Qandi kimi mübarizə adamının belə sitayiş etdiyi İmam Hüseynin, fəlsəfəsi və həyatı ilə örnək olan İmam Cəfəri Sadiqin davamçıları kimi reklam olunan bu şiəciklər məntiq və ruhani hökmlə bütün ömrünü millətinin azadlığına, xalqının xoşbəxtliyinə, insan aliliyinə həsr edən Sabir Rüstəmxanlının yanında olmalıydılar. Buna rəğmən, edam cəzasına məhkum olunan bakirə qızları ölümdən əvvəl molla rejiminin qulbeçələrinə peşkəş edən bir dini rəhbəri müdafiə etmək nə dinə, nə insanlığa, nə kişiliyə sığmaz!!!

Azərbaycanın suverenliyini hər zaman təhdid altında saxlayan və ölkəmizi İranın “ərazi parçası” kimi görən, ermənilərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törətdiyi vandalizmə, oradakı məscidlərin dağıdılmasına, donuz saxlanılan yerlərə çevrilməsinə səssiz qalan həmin Xameneidir!

Halbuki, ermənilər məscidləri təhqir etməklə İslam dininə görə çox böyük bir günah iş görüblər. Onların bütün bu vəhşiliklərə, İslamın təhqir olunmasına etiraz etməmələrinin əsas səbəbi farsçılıq ideologiyasına sadiq olmalarıdır. Onların nəzərində farsçılıq ideologiyası İslamdan üstündür.

Erməni xristiandır, Azərbaycan isə müsəlmandır, özü də şiədir. Amma yenə də İran dövləti erməninin tərəfindədir və bunun başında yenə həmin Xamenei durur! O Xamenei ki, Zəngəzur dəhlizi mövzusunda da Azərbaycana qarşı “Zəngəzur bizim üçün qırmızı xəttdir” deyərək, faktiki olaraq Ermənistanın maraqlarını müdafiə etmişdi. O Xamenei ki, onun rəhbəri olduğu dövlətin Ermənistana verdiyi silahlar bizim şəhidlərimizə və qazilərimizə tuşlandı. Bax, gerçəkdən Xaliq və Xalq qarşısında seçim anıdır: Bir yanda erməni ilə sarmaş-qucaq olan Xamenei, bir yanda da babalarının qəbri, övladlarının məskəni olan AZƏRBAYCAN... Vətəni kimə satırsız, ay...

Nəsimi Şərəfxanlı,

Jurnalist, Vətən müharibəsi veteranı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 İyul 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see170

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see166

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see147

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri