Icma.az
close
up
RU
İran müharibəsi Somalidə aclıq böhranını daha da pisləşdirir

İran müharibəsi Somalidə aclıq böhranını daha da pisləşdirir

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

İranla bağlı gərginliklərin yaratdığı gəmiçilik problemlərinin Somaliyə humanitar yardımın çatdırılmasına ciddi təsir göstərdiyi bildirilir.

Redaktor.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, İran müharibəsi ilə əlaqəli dəniz nəqliyyatında yaranan fasilələr Somaliyə həyati əhəmiyyətli ərzaq yardımlarının çatdırılmasını gecikdirir və ölkədə davam edən aclıq böhranını daha da dərinləşdirir.

Yardım təşkilatlarına istinadən qeyd olunur ki, çatdırılma müddətinin uzanması və logistika xərclərinin artması nəticəsində ağır qidalanma çatışmazlığının müalicəsində istifadə edilən terapevtik qida ehtiyatları azalıb. Bu da bəzi klinikaların uşaqları qəbul etməməsinə və ya geri qaytarmağa məcbur qalmasına səbəb olub.

Məlumata əsasən, Somalidə beş yaşdan kiçik təxminən 500 min uşaq kəskin qidalanma çatışmazlığından əziyyət çəkir. Quraqlıq və humanitar resursların azalması fonunda vəziyyətin daha da ağırlaşdığı bildirilir.

Qeyd olunur ki, əvvəllər təxminən bir ay çəkən yardım daşımaları hazırda Fars körfəzi marşrutlarındakı məhdudiyyətlər səbəbindən iki aya qədər uzanıb. Bu isə həm xərclərin artmasına, həm də müalicə oluna bilən uşaqların sayının azalmasına gətirib çıxarır.

Yardım agentlikləri münaqişə, maliyyə çatışmazlığı və logistika gecikmələrinin birləşməsinin daha çox uşağın həyatını təhlükə altına sala biləcəyi barədə xəbərdarlıq ediblər.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Aprel 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri