Icma.az
close
up
RU
İran müharibəyə belə hazırlaşır DETALLAR

İran müharibəyə belə hazırlaşır DETALLAR

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Yüksək keyfiyyətli peyk fotolarına görə, İran İsfahan şəhərindəki nüvə obyektinin tunel girişlərini torpaqla qapadıb.

"Cebheinfo.az" xəbər verir ki, Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun yayımladığı hesabatda İsfahandakı nüvə obyektinə aid yüksək keyfiyyətli peyk görüntülərinin analiz edildiyi bildirilib.

Görüntülərdə nüvə obyektində yerləşən tunel girişlərinin böyük ölçüdə torpaqla qapadıldığı, obyektin mərkəz və cənubundakı girişlərin tamamilə torpaq altında qaldığı və tanınmaz hala düşdüyü, əlavə passiv müdafiə tədbirlərinə malik şimaldakı girişin də torpaqla doldurulduğu görülüb.

Girişlərin ətrafında nəqliyyat vasitələrinin hərəkətinin müşahidə olunmaması da diqqət çəkib.

Hesabatda bu addımın mümkün bir ABŞ və ya İsrail hava hücumuna, yaxud xüsusi təyinatlı bölmələrin həyata keçirə biləcəyi bir əməliyyata qarşı tədbir xarakteri daşıdığı qeyd olunub.

Tunel girişlərinin qapadılmasının mümkün hava hücumunun təsirini azalda biləcəyi, obyekt daxilindəki avadanlıq və digər materiallara qurudan girişi çətinləşdirə biləcəyi bildirilib.

Bənzər hazırlıqların daha əvvəl Fordo, Natanz və İsfahandakı obyektlərə yönəlmiş "Gecəyarısı çəkici əməliyyatı"ndan əvvəl də müşahidə edildiyi xatırladılıb.

ABŞ mərkəzli "Planet Labs PBC" şirkətinin yanvarın sonunda təmin etdiyi peyk görüntüləri də Natanz və İsfahandakı nüvə obyektlərində bəzi tikinti fəaliyyətlərinin olduğunu ortaya qoymuşdu.

Peyk görüntüləri İsfahandakı nüvə obyektində dam inşa edildiyini göstərərkən, obyektin yaxınlığındakı bir dağa açılan iki tunelin torpaqla doldurulduğu və üçüncü tunelin girişində yeni divarların inşa edildiyi görülmüşdü.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Fevral 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see253

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see241

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see237

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see237

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see233

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see233

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see232

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see232

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see212

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see211

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see210

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see208

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see202

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see201

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see198

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see196

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see189

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see180

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see177

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri