İran münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
İran müharibənin başa çatması ilə bağlı ABŞ-ın təklifinə 10 maddəlik planla cavab verib.
IRNA-nın xəbərinə görə, cavab Pakistan vasitəsilə göndərilib.
Məlumata görə, 10 maddədən ibarət cavabda İran əvvəlki təcrübələri nəzərə alaraq, atəşkəsi rədd edib və öz maraqları nəzərə alınmaqla müharibənin birdəfəlik başa çatmasının vacibliyini vurğulayıb.
Cavab İranın bir sıra tələblərini, o cümlədən bölgədə döyüşlərin dayandırılması, Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçid protokolu, İrana hücumlarda dağılmış infrastrukturun bərpası və sanksiyaların aradan qaldırılmasını əhatə edir.
Xəbərdə deyilir ki, “10 maddəlik planın mətni şənbə və bazar günləri İranın qərb və mərkəzi bölgələrində baş verən hadisələrdən və ABŞ-ın helikopter desant əməliyyatının uğursuzluqla nəticələnməsindən sonra təqdim edilib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 06 Aprel 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















