Icma.az
close
up
RU
İran müsəlman ölkələrindən niyə narazıdır?

İran müsəlman ölkələrindən niyə narazıdır?

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani son açıqlamasında müsəlman ölkələrin İranı dəstəkləməməsindən məyus qaldığını söyləyib. “Bugünkü qarşıdurma əsasən bir tərəfdə Amerika və İsrail, digər tərəfdə isə müsəlman İranı və müqavimət qüvvələri arasındadır. Siz kimin tərəfindəsiniz?”, – deyə Laricani bildirib”.

Bakupost.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu açıqlamasında bildirib.

Politoloq qeyd edib ki, Əli Laricani günahı ölkəsinin illərdir yürütdüyü siyasətində axtarsın: “Vaxtilə Azərbaycan da müsəlman ölkələrinin siyasətindən narazı idi. İslam Konfransı Təşkilatının sammitlərində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar qəbul edilsə də, əməldə təşkilata üzv ölkələrin bir qismi, o cümlədən İran işğalçı Ermənistanla sıx əməkdaşlıq edirdi. İndinin özündə müsəlman ölkələri ABŞ və İsrailin İrana qarşı müharibəsinin əleyhinədirlər. Ancaq İran narazı qaldığı müsəlman ölkələrin ərazisinə raket və PUA-lar atdığına görə, heç bir müsəlman ölkəsi Tehranı dəstəkləmək istəmir”.

E.Şahinoğlu vurğulayıb ki, Pakistanla Əfqanıstan arasında hərbi qarşıdurmanın genişlənməsi də diqqət mərkəzindədir: “Pakistan ordusu Əfqanıstanın paytaxtı Kabilə hava zərbəsi endirib. İlkin məlumatlara görə, ən azı 400 nəfər ölüb, 250 nəfər isə yaralanıb. Pakistan “Taliban”a aid hərbi hədəflərə dəqiq zərbələr endirildiyini açıqlayıb. “Taliban” isə zərbələrin mülki yerlərə dəydiyini iddia edir. İki ölkə arasında fevral ayından başlanan qarşdurma qısa fasilələrlə davam edir. İki ölkənin sərhədində qarşılıqlı hücumlar daima qeydə alınır. İki ölkə arasında vasitəçilik səyləri nəticə verməyib”.

Ekspertin sözlərinə görə, bölgədə 3 – ABŞ və İsrail-İran, İsrail-Livan, Pakistan-Əfqanıstan arasında müharibə şiddətlənib: “Bu sıraya İranın Körfəz ölkələrinə endirdiyi raket və dron zərbələrini də əlavə etsək, Yaxın Şərqdəki gərginliyin genişləndiyini söyləmək mümkündür. Əfqanıstan daha ağır vəziyyətdədir. Qonşuluğunda müharibə gedir, eyni zamanda Pakistanla da hərbi qarşıdurma içindədir”.

“Müharibələrin davamı milyonlarla insanın qaçqına çevriləcəyi və aclığa sürüklənəcəyi ehtimalını artırıb. ABŞ və İsrailin zərbələri illər öncə İranda məskunlaşan minlərlə əfqan miqrantı evlərinə qayıtmağa məcbur edib. Ancaq evdə də qeyri-sabitlikdir. Birləşmiş Millətlər Təşkilatı Əfqanıstan əhalisinin yarısının – təxminən 21,9 milyon insanın bu il humanitar yardıma ehtiyacı olacağını proqnozlaşdırıb. Humanitar yardımların çatdırılmasını davam etdirmək üçün BMT-nin Ümumdünya Ərzaq Proqramı hazırda Türkiyə, Gürcüstan, Azərbaycan, Xəzər dənizi və Türkmənistan vasitəsilə Əfqanıstana alternativ təchizat yollarını araşdırır”, – deyə Elxan Şahinoğlu bildirib.

Cavid, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Mart 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri