Icma.az
close
up
RU
İran müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmədi: Çin və Rusiya niyə passivdir?

İran müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmədi: Çin və Rusiya niyə passivdir?

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ağır vəziyyətdə olan İran tərəfdaş ölkələrin Tehrana dəstəyini artırmasını istəyir. Məsələ burasındadır ki, İran rejimi yürütdüyü siyasətlə yanlız Qərb ölkələri ilə münasibətlərdə gərginlik yaşamır, qonşu ölkələrlə münasibətləri də normal deyil. Buna baxmayaraq, Tehran iki tərəfdaşı – Rusiya və Çindən daha fəal dəstək arzulayır. İranın xarici işlər naziri Abbas Əraqçının çinli həmkarı Van Yi ilə telefon danışığı məhz bu məqsəd daşıyırdı. Əraqçi çinli həmkarına İranda baş verən son hadisələr barədə məlumat verib. Əraqçının sözlərinə görə, İranda sabitlik bərpa edilib və dialoq üçün qapı açıqdır. Əraqçi Çindən regionda sülh və stabilliyin təmin olunmasında daha fəal rol oynamağı gözlədiklərini qeyd edib. Van Yi cavab olaraq bildirib ki, Çin BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə sadiqdir, beynəlxalq münasibətlərdə zor tətbiqinə qarşıdır. O əlavə edib ki, Çin bütün tərəflərin təmkinli olmasını və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməsini arzulayır. Çinli nazir vurğulayıb ki, ölkəsi bu prosesdə konstruktiv rol oynamağa hazırdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Pekin və Moskva ABŞ-nin İranın daxili işlərinə müdaxiləsinə qarşıdır: "Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib ki, Pekin ardıcıl olaraq digər ölkələrin daxili siyasətinə müdaxiləyə qarşıdır. Və Tehranın milli sabitliyin təmin olunması səylərini dəstəkləyir. Oxşar açıqlamalar Kremldən də səsləndirilib.

ABŞ Venesuellanı nəzarətə götürdükdə Rusiya və Çin buna qarşı çıxsalar da, prosesə mane ola bilmədilər. İrandakı rejim Moskva və Pekinin İrana münasibətdə də eyni siyasətdən çıxış edəcəyindən narahatdır. Doğrudur, Çin və Rusiya üçün İranı itirmək daha ağır nəticələrə səbəb olacaq. Ancaq Venesuelladan fərqli olaraq İranda dəyişikliklər daxildən başlayarsa və buna ABŞ da dəstək verərsə, Moskva və Pekinin prosesə müdaxilə imkanları çox olmayacaq. Bunu Tehranda da anlayırlar. Təsadüfi deyil ki, İsrail və ABŞ İranın hərbi mərkəzlərini raket atəşinə tuttuqda Prezidenti Məsud Pezeşkian ölkəsinin müttəfiqlərindən kifayət qədər dəstək almadığını söyləmişdi. İran Prezidenti ölkə adı çəkməsə də Rusiya və Çinə işarə edirdi".

E.Şahinoğlu hesab edir ki, Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb, müxtəlif bölgələrdə baş verənlərə reaksiya üçün resursları kifayət deyil: "Çin isə Venesuella və İrana görə ABŞ-la münasibətləri indikindən daha da çətin vəziyyətə salmaq istəmir. ABŞ Prezidenti Donald Trampın İranla ticarət aparan ölkələrə qarşı əlavə 25 faizlik gömrük tariflərini tətbiq etməsini açıqlaması Çin iqtisadiyyatına əlavə problemlər yarada bilər. Çin lideri Si Cinpin ötən ilin oktyabr ayında Cənubi Koreyada görüşdüyü ABŞ Prezidenti Donald Trampla ticarət barışığı əldə edib. Si Cinpin həmin barışığı İrana görə pozmayacaq".

Tehran,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://sitat.info
archiveBu xəbər 17 Yanvar 2026 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri