Icma.az
close
up
RU
İran nümayəndəsi: Xəzərlə bağlı ciddi tədbir görülməsə, onu da Aral gölünün taleyi gözləyə bilər

İran nümayəndəsi: Xəzərlə bağlı ciddi tədbir görülməsə, onu da Aral gölünün taleyi gözləyə bilər

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Xəzər dənizi ilə bağlı ciddi tədbirlər görülməsə, onu da Aral gölünün taleyi gözləyə bilər".

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu İranın Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun tədqiqatçısı, səfir Mohsen Mohammadi AQEM Beyin Mərkəzləri Forumunun on üçüncü iclasında deyib.

O, "Güc balansındakı dəyişikliklər və qlobal təhdidlər: AQEM üçün çağırışlar və imkanlar" mövzusunda çıxışı zamanı cari keçid dövrünün qeyri-sabit olduğunu vurğulayıb:

"Qlobal güclərin dəyişməsi, idarəçilik boşluqları və sair səbəblər buna səbəb olan əsas amillərdir. Atlantik okeanın hər iki tərəfində mövcud olan problemlər, insan hüquqlarının sistematik pozulması, alimlərin qətlə yetirilməsi isə həmin amillərdən doğan nəticələrdir. Ölkələrə qarşı hücumlar, nüvə müəssisələrinə zərbə endirilməsi adi hal alıb. Burada ən çox narahatlıq doğuran məqam beynəlxalq ictimaiyyətin baş verənlərə səssiz qalmasıdır. Ədalətsiz sanksiyalar dayanıqlı inkişafı pozur, təchizat zəncirini qoparır, nəticədə sosial-iqtisadi gərginlik artır. Həmçinin iqlim dəyişiklikləri də yeni təhdidlər yaradır. Xəzər dənizində suyun səviyyəsinin azalması müşahidə olunur. Ciddi tədbirlər görülməsə, onu da Aral gölünün taleyi gözləyə bilər".

Mütəxəssis İranın hər zaman əsas diqqətini regional ticarət əlaqələrinin genişləndirilməsinə yönəltdiyini qeyd edib:

"Buna baxmayaraq, İran, təəssüf ki, ədalətsiz sanksiyalarla üzləşib. Fikrimcə, Asiya ölkələri birgə regional kiberçərçivələr formalaşdırmaq, elmi-texnoloji əməkdaşlığı gücləndirmək, texnologiya parkları yaratmaq, daha az inkişaf etmiş ölkələrdə də inkişaf etmiş infrastruktur qurmaq yolu ilə bərabərliyi təşviq edə bilərlər. Asiya ölkələrinin öz iqtisadiyyatlarına əsaslanaraq yeni təhlükəsizlik modeli formalaşdırmaları mümkündür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri