İran nüvə obyektlərinə nəzarətin artırılması üçün ABŞ yə şərt qoyub
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Sanksiyaların ləğvi halında Tehran nüvə obyektlərinə nəzarətin artırılmasına icazə verə bilər”.
“Report”un xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “SNN” telekanalına açıqlamasında deyib.
“Biz öz hüquqlarımızdan əl çəkmirik, lakin sanksiyalar aradan qaldırılarsa, nüvə fəaliyyətlərinin şəffaflığını artırmaq üçün tədbirlər görə bilərik”,-deyə, o bildirib.
Əraqçi həmçinin vurğulayıb ki, ölkəsinin nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) hələ ölməyib, lakin onu bərpa etmək mümkün deyil.
O, həmçinin qeyd edib ki, JCPOA-nın sanksiyalarla bağlı bəzi aspektlərinə yenidən baxılmalıdır.
Bundan əlavə, ABŞ-la danışıqların yeni mərhələsini şərh edən Əraqçi qeyd edib ki, əgər Vaşinqton uranın zənginləşdirilməsini tamamilə dayandırmaqda israr etməyə davam edərsə, heç bir razılaşma əldə olunmayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 23 May 2025 05:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















