Icma.az
close
up
RU
İran nüvə silahından vaz keçməyib: İsrail, ABŞ və MAQATE bunu dəqiq bilir və anlayır

İran nüvə silahından vaz keçməyib: İsrail, ABŞ və MAQATE bunu dəqiq bilir və anlayır

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın silah səviyyəsinə yaxın saflıqda zənginləşdirilmiş uran ehtiyatı kəskin şəkildə artıb və hələ də agentliklə bu ölkə arasında olan mübahisəli məsələlərin həllində irəliləyiş əldə olunmayıb.

Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) yeni hesabatında bildirilib.

“İslam Respublikası son üç ayda yüksək zənginləşdirilmiş uran ehtiyatlarını əhəmiyyətli dərəcədə artırıb və bu tendensiya davam edərsə, İranın uran ehtiyatları nəzəri cəhətdən altı nüvə bombası hazırlamaq üçün kifayət edə bilər”, - hesabatda xəbərdarlıq edilib.

Bildirilib ki, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra İran uranın zənginləşdirilməsini atom bombası hazırlamaq üçün istifadə olunmağa yaxın səviyyəyə çatdırıb.

Qeyd edək ki, bundan əvvəlki məlumata görə, İranın 60%-lik uran ehtiyatlarının həcmi fevralın 8-ə kimi təxminən 275 kiloqrama çatıb ki, bu da 2024-cü ilin noyabr ayı ilə müqayisədə 92,5 kiloqram çoxdur.


Politoloq Natiq Miri "Sherg.az"a deyib ki, İrandakı mövcud rejim hər zaman istər özlərinə düşmən saydığı ölkələrə qarşı, istərsə də daxildə güc tətbiqinin tərəfdarı olub:


"İran nüvə silahını əldə etməkdən vaz keçməyib. Ayətullah Xameneinin nüvə silahının hazırlanması ilə bağlı qadağası yalnız gözdən pərdə asmaq üçündür. Əks təqdirdə sual oluna bilər ki, uranı bu qədər zənginləşdirməyə nə ehtiyac var? İsrail, ABŞ, o cümlədən MAQATE İranın nüvə silahı hazırlamaq üçün ciddi hazırlaşmasını dəqiq bilir və anlayır. Ona görə bu ölkənin bütün nüvə mərkəzlərinin bombardman edilməsi barədə plan İsrailin masası üzərindədir. Zamanı çatanda isə Tramp bir an belə tərəddüd etmədən İsrail ordusunun əməliyyatını dəstəkləyəcək".


Politoloq qeyd edib ki, ABŞ və İran arasında hələ ki danışıqlar alınmır:

"Bir tərəfdə İran rəhbərliyi, xüsusilə də Xamenei deyir ki,  ABŞ ilə danışıqların aparılması faydasızdır. Digər tərəfdə hökumət səviyyəsində Prezident Məsud Pezeşkian danışıqların tərəfdarı olduğunu bildirir. Lakin Vaşinqton İrandan konkret addımlar gözləyir. Tehran buna hazırdırmı? Həmçinin hökumətin prosesə qarşı olan qüvvələrə qarşı əli-qolu bağlıdır. Çünki SEPAH Ayətullah Xameneini dəstəkləyir. Buna görə də Pezeşkian ABŞ ilə danışıqların tərəfdarı olsa da, əngəlləyici hərbi-siyasi amillər İrana qarşı hərbi əməliyyatları qaçılmaz edir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Fevral 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri