“İran Nyu York, Boston, Vaşinqton və ya Mayamini atom bombası ilə vura biləcək raketlər hazırlayıb” Netanyahu
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"İranın hazırda 8000 kilometr mənzilli qitələrarası raketləri var. Daha 3000 kilometr əlavə etsəniz onlar ABŞ-nin şərq sahillərinə asanlıqla çata bilərlər. İran Nyu York, Boston, Vaşinqton və ya Mayamini atom bombası ilə vura biləcək raketlər hazırlayıb".
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu amerikalı şərhçi Ben Şapiroya müsahibəsində deyib.
Netanyahu İsrail və ABŞ arasında müdafiə əməkdaşlığına diqqət çəkərək, iki ölkənin "dünyanın ən qabaqcıl hücum və müdafiə sistemlərini paylaşdığını" bildirib.
İsrailin inkişaf etdirdiyi bəzi sistemlərin birbaşa ABŞ ordusu tərəfindən də istifadə edildiyinə diqqət çəkən Netanyahu, qeyd edib ki, bu, heç bir super gücdən fərqli olaraq texnoloji ortaqlıqdır.
Netanyahu İran hökumətinin "rasional hərəkət etmədiyini" iddia edərək, Tehranın "Amerikaya ölüm" şüarları səsləndirən bir rejim tərəfindən idarə edildiyini bildirib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 07 Oktyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















