İran ordusu Hörmüz boğazında gəmilərə hücum edib
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran ordusu Hörmüz boğazında özünün təyin etdiyi qaydaları pozan gəmilərə hücum edib.
"Report" IRIB-yə istinadən xəbər verir ki, Cask və Qeşmdəki partlayış səsləri də bununla əlaqələndirilib.
"Bu bölgələrdə eşidilən səslər Hörmüz boğazında qaydaları pozan gəmilərin cəzalandırılmasından qaynaqlanır və bu regionda heç bir partlayış baş verməyib", - məlumatda qabardılıb.
"Xatəm-əl-Ənbiya" mərkəzi qərargahı isə ABŞ ordusuna xəbərdarlıq edib:
"ABŞ ordusuna xəbərdarlıq edilir ki, təhlükəsizliyin pozulması, İran gəmilərinə qarşı maneə törədilməsi və dəniz mühasirəsi davam edərsə, İslam Respublikası Silahlı Qüvvələrinin bölgədəki ABŞ hərbi gəmilərinə qarşı zərbələri əvvəlkindən daha şiddətli olacaq və bunun genişlənməsi ehtimalı da mövcuddur".
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın üç tankerinə hücum edib və bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) regionda Amerika gəmilərinə zərbə endirmək cəhdi ilə əlaqələndirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 05 Sentyabr 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















