İran praktik olaraq tam şəkildə sıxışdırılıb və meydan Türkiyəyə verilib
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
""Şahə qalxan şir" əməliyyatına əlahiddə şəkildə yanaşmaq doğru deyil. Mənzərəyə bütöv baxmaq lazımdır. Son iki ildə İranın Yaxın Şərqdəki bütün dayaqları bir-bir məhv edilib. "Həmas" praktik olaraq səhnədən silinib, Qəzza sektoru yoxdur".
Redaktor.az xəbər verir ki, bunu jurnalist Vüsal Məmmədov deyib. O, bildirib ki, "Hizbullah"ın başı elə əzilib ki, daha özünə gələ bilmir:
"İranın əsas platsdarmı şiə iqtidarın olduğu Suriya idi. Orada sünnilər hakimiyyətə gətirilib, İran praktik olaraq tam şəkildə sıxışdırılıb və meydan Türkiyəyə verilib. Yəməndəki husilər gözləniləndən daha dözümlü çıxdılar, amma onların da beli sındırılıb. Bütün bunlar İranın ətrafındakı halqanın addım-addım daralması idi. Tehran həmin addımların heç birində prosesə müdaxilə edə bilmədi. Əlaltılarını himayə etməyi bacarmadı. İndi isə kəndir öz boğazına keçirilib. Bura qədər baş verənlər eşafota qalxan pillələr idi. Yaxın Şərqdə İran ağacının budaqları baltalandı-baltalandı, nəhayət, gövdəyə çatıldı".
Vasif ƏLİHÜSEYN
Baxış sayı:43
Bu xəbər 13 İyun 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















