Icma.az
close
up
RU
Menu

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Polşa kritik infrastrukturun mühafizəsi üçün 10 000 hərbçi ayıracaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Nəcibənin toyudur Fotolar

Nicat Kazımov oğluna toy etdi Video

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

“Qoca sinyora”dan gələcək üçün böyük addım

İran prezidentinin istefası kimə lazımdır? VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

İran prezidentinin istefası kimə lazımdır? VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

İranın Suriyada strateji məğlubiyyətə uğraması və İsraillə onsuz da gərgin olan münasibətlərinin müharibə həddinə çatması fonunda ölkə daxilində də ciddi proseslər baş verməkdədir.

Bu barədə "Azad İran" YouTube" kanalında yayımlanan süjetdə qeyd olunub.

Müəllif qeyd edir ki, İran Prezidenti Məsud Pezeşkianın istefası ilə bağlı son bir həftədə meydana çıxan söz-söhbətlər rejimin önəmli xarici təhdidlərlə üzləşməsinə baxmayaraq, hakimiyyət daxilindəki qruplaşmalar arasında mübarizənin kəskinləşməsindən xəbər verir: "Məsələnin İran hakimiyyəti üçün təhlükəli cəhəti həm də budur ki, sözügedən mübarizə ölkədə iqtisadi vəziyyətin pisləşməsi, o cümlədən enerji böhranının dərinləşməsi, inflyasiyanın sürətli artımı nəticəsində sosial narazılığın güclənməsi şəraitində baş verir.

Bununla belə, Pezeşkianın istefası ilə bağlı xəbərlərin İran mediası və sosial şəbəkələrində geniş şəkildə gündəmə gətirilməsi İran prezidentinə qarşı hakimiyyətin müxtəlif cinahlarını təmsil edən bir çox qüvvələrin, eləcə də xaricdəki bir sıra müxalif qruplaşmaların səfərbər olduğunu söyləməyə əsas verir. İran hökumətinə rəhbərliyinin hələ yarım ili tamam olmayan Məsud Pezeşkianın istefası ilə bağlı fikirlər ilk dəfə ortaya atılmır. Hər dəfə bu tələbin səsləndirilməsi üçün müxtəlif məsələlərdən bəhanə kimi istifadə olunur.

Məsələn, ötən aylarda Pezeşkianın strateji məsələlər üzrə müavini, keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin vitse-prezident postunu tutmasının guya qeyri-qanuni olması ətrafında geniş təbliğat kampaniyası aparılıb. Xüsusən ölkə parlamentində davamlı xarakter alan, spiker Məhəmmədbağır Qalibaf tərəfindən də dəstəklənən bu kampaniya elə eybəcər xarakter almışdı ki, noyabrın sonunda parlamentin deputatı Əhməd Bigdeli məsələyə etirazını bu şəkildə bildirmişdi: "Nə üçün bəzi həmkarlarımızın əsas mövzusu Zərif olub? Birdəfəlik Zərifi edam edin, görək bu cənablar rahat olacaqlar? Camaatın su, işıq, iş kimi problemləri var, amma biz səhər Məclisə gəlirik Zərif, günorta Məclisdən çıxırıq Zərif! Xahiş edirəm, Zərifi bu ölkədən qovun, qoy bu cənablar rahat olsun. Daha bəsdir!"

Cavad Zərifə edilən hücumlarda əsas hədəfin Pezeşkian olduğunu isə digər bir deputat - Kamran Qəzənfəri prezidenti açıq şəkildə təhdid etməklə bildirmiş və Zərifi vəzifəsindən azad etməyəcəyi təqdirdə Pezeşkianı istefaya göndərəcəklərini bəyan etmişdi".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Dekabr 2024 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see367

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see301

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see236

Polşa kritik infrastrukturun mühafizəsi üçün 10 000 hərbçi ayıracaq

19 Noyabr 2025 18:24see210

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see198

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see180

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see173

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see158

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see152

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see149

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see146

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see146

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see145

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see143

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see140

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see140

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see139

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see138

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see137

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri