Icma.az
close
up
RU
İran “qırmızı xət”ləri AŞDI Daxildə casus ovu BAŞLAYIR? Səxavət Məmməd yazır

İran “qırmızı xət”ləri AŞDI Daxildə casus ovu BAŞLAYIR? Səxavət Məmməd yazır

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran-İsrail toqquşması İranın Körfəz ölkələrindəki ABŞ bazalarına raket zərbələri endirməsi ilə yekunlaşmaq üzrədir. Ən azı ABŞ bunun olacağını bildirdi, İsrail tərəfi də razılığını ifadə etdi. Ancaq tələsməməkdə fayda var.

Hər iki tərəf bu toqquşmada qalib gələcəyini iddia edəcək, ABŞ də Trampın timsalında “nüvə obyektləri tamamilə məhv oldu” deyəcək. Bunlar aydın məsələdir. Prosesə tərəflərin nə deməyindən asılı olmayaraq açıq gözlə baxaq: İsrailin ilk hücumu təkcə döyüş təyyarələri, raketlər və dronlarla olmadı. İsrail tərəfi eyni vaxtda İran daxilində də əməliyyatlar həyata keçirdi. Hücumda iştirak edən 200 döyüş təyyarəsi və dronlar İranın hava hücumundan müdafiə sistemlərini və radarlarını sıradan çıxarmaq və İsrail üçün hədəf olan hərbi obyektləri zərərsizləşdirmək üçün idi. İsrail paralel olaraq İran daxilində generalların, nüvə alimlərinin də ovuna çıxmışdı. Bir ölkə hansısa bir ölkənin ərazisinə hücum edir və həmin ölkənin generalı yataqda olur? Bu, inandırıcı deyil. Məntiq onu deyir ki, evlərə dronlarla hücum aviasiyanın hücumundan əvvəl baş verib.

Heç kimə sirr deyil ki, kütləvilik hava hücumundan müdafiə sistemlərinin bir nömrəli düşmənidir. Ona görə də İsrail tərəfi kütləvi raket zərbələri ilə İranın qərb hissəsindəki hava hücumundan müdafiə “setka”sını yardı. İran hələ də o yarılmış “setka”nı bərpa edə bilmir. “İranın bütün hava hücumundan müdafiə sistemləri sıradan çıxıb” demək yanlışlıqdır. İsrail bir istiqaməti yarıb və oradan ölkənin daxilinə girərək zərbələr endirə bilir. Son günlər isə İran hava hücumundan müdafiə sistemləri işləməyə başlayıb. Bu iki cür mümkündür: ya digər istiqamətlərdən gətirilib; ya da hansısa ölkədən tədarük edə biliblər. Çünki İran zenit-raket kompleksi ilə ardıcıl bir neçə “Hermes 900” dronunu vura bilib.

İranın da ilk üç gün hücumu bu səpkidə idi – kütləvi dron və taktiki raket kompleksləri ilə İsrail hava hücumundan müdafiə sistemlərini tükətmək. İran ilk günlər əsas ballistik və hipersonik raketlərdən istifadə etmədi, çünki o raketlər yem ola bilərdi. Artıq toqquşmasının üçüncü günündən sonra İran kütləvi yox, konkret hədəflərə bəlli sayda raketlərlə hücum edirdi.

Toqquşmanı başladan İsrailin hədəfləri məlum idi – nüvə proqramını dayandırmaq, rejimi dəyişmək. Nüvə proqramı dayanmadı, rejim nəinki dəyişdi, hətta bundan sonra daha da güclənə bilər. Ola bilsin, bəziləri deyəcək ki, İsrailin rejimi dəyişmək kimi niyyət olmayıb, amma, əksinə, birinci hədəf nüvə yox, elə rejim idi. Çünki İsrail Baş naziri İran əhalisini ayağa qalxmağa səslədi, üsyana çağırdı. İsrailin ən uğurlu siyasəti ABŞ-də qarşı çıxanlar olsa da, rəsmi Vaşinqtonu bu prosesə cəlb etmək oldu. ABŞ də İranın nüvə obyektlərini bombaladı. Məsələ ondadır ki, ABŞ mətbuatı bu bombalamanın nəticəsiz olduğunu yazır. Tramp hətta bütün medianı yalan yazmaqda ittiham etdi.

İranın da siyasi uğur əldə etdiyini deyə bilərik. İran öncə nüvə proqramı ilə bağlı prosesə Avropa ölkələrini qatdı. Ardınca isə Rusiyaya gedib Putinlə görüş həyata keçirdi. Daha sonra isə İran parlamenti Hörmüz boğazının bağlanılması qərarını çıxardı və İran bu qərarı əlində əsas gətirərək, oyun qurdu.

İran cavab haqqından istifadə edərək ABŞ-nin Körfəzdəki hərbi bazalarına raket zərbələri endirdi. Bir çoxları İranı qınayır ki, İran xəbərdarlıq edərək bunu edib. Hətta bunu qorxaqlıq kimi qələmə verənlər var. Daha sonra Tramp İrana xəbərdarlıq etdiyi üçün təşəkkür etdi və məlum oldu ki, ABŞ də İrana xəbərdarlıq edərək zərbə endirib.

Bu məsələdə önəmli olan xəbərdarlıq edilib-edilməməsi deyil. 12 gündür davam edən toqquşmada çıxarılan dərslərdən biri də İranın bütün dünyada “qırmızı xətt” kimi qələmə verilən hər şeyi vurub keçməsi oldu. İran ABŞ və İsrailin “qırmızı xət”lərini cəmləyib bir yerə lent edib Körfəzin boğazına bağlayıb, kəsdi. Bəzən hücumun nəticəsi yox, özü önəmli olur. Artıq bir çox ölkələr anladı ki, bu iki ölkəyə qarşı müqavimət göstərmək olar. ABŞ və İsrail zamanında Türkiyəyə qarşı da aşağılayıcı davranmışdı. Təkcə Türkiyəyə qarşı da yox, bir çox ölkələrə qarşı… Düşünürəm ki, İranın Körfəzdə atdığı addımlar münasibətlər sisteminə yeniliklər gətirəcək.

İran, ilk növbədə, göstərdi ki, onu ciddiyə almaq lazımdır. Biz, əslində, İranı və cənubi azərbaycanlıları daha yaxşı tanımalı idik. Nədənsə. bu məsələdə özümüzü qərbli kimi apardıq. Təbii ki, burada propaqanda da önəmli rol oynadı. İranlı generallar öldürüləndə bir çoxları iddia etdi ki, İran çökəcək, dağılacaq. Misal üçün 2020-ci ilin iyul ayının 14-ə qədər Azərbaycanda insanların çoxu Qarabağdan əlini üzmüşdü. General-mayor Polad Həşimov şəhid olandan sonra əlin üzmüş adamlar belə müharibə tələb edirdi. Cənublular da eynən. İrandakı rejimə fars rejimi deyirik, ancaq iranlılar özləri də bildirir ki, rejimi ayaqda saxlayan elə azərbaycanlılardır və ən mühafizəkar bölgə azərbaycanlıların yaşadığı bölgədir. Farslar özləri də etiraf edir ki, İran-İraq savaşında məğlub olmamalarının səbəbkarı təbrizlilər və ərdəbillilər olub.

Hesab edirəm ki, İran daxilində ciddi casus ovuna başlanılacaq. Çünki İrana ən ağır zərbə havadan daha çox daxildən gəldi. İran hüquq-mühafizə orqanları qadınların çarşabını güdməkdən daha çox digər məsələlərə fokuslansaydılar, nəticə belə olmazdı. Bu tip toqquşmalar şərqdə xalqla dövləti yaxınlaşdırır. Buna onlarca misal çəkmək olar.

Hindistan-Pakistan, İran-İsrail, əslində, Çin-ABŞ savaşıdır. Hindistan-Pakistan toqquşmasında Çinin texniki dəstəyi ilə Pakistan üstün ayrıldı. İran-İsrail savaşında ABŞ-nin birbaşa müdaxiləsi ilə də hesab bərabərə bitdi. Növbədə Koreya yarımadasının olma ehtimalı böyükdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 İyun 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri