Icma.az
close
up
RU
Türkiyə S 400 ləri qaytarsa... Azərbaycana lazımdırmı? Səxavət Məmməd yazır

Türkiyə S 400 ləri qaytarsa... Azərbaycana lazımdırmı? Səxavət Məmməd yazır

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir neçə gün öncə ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak bəyan edib ki, Türkiyə S-400 hava hücumundan müdafiə (HHM) sistemindən imtina edə bilər. Səfir hətta bu prosesin 4-6 ay ərzindən həll ola biləcəyini də qeyd edib. Səfirin bəyanatında diqqət çəkən məqamlardan biri də, ABŞ ilə Türkiyə arasındakı gərginliyin səbəbi kimi Rusiyadan alınan S-400-lər olduğunun göstərilməsidir. ABŞ tərəfinin bu bəyanatından sonra S-400-lərin Rusiyaya qaytarılması, hətta Azərbaycana satılması kimi məsələlər, iddialar müzakirə olunur.

Əvvəla onu qeyd etmək lazımdır ki, ABŞ ilə Türkiyə arasındakı gərginliyin səbəbi kimi S-400-lərin Rusiyadan alınamsı göstərilsə də, əslində problem S-400-lərin alınmasından əvvəl başlamışdı. Problemin səbəbi kimi önə çıxarılan S-400-lər yox, Türkiyənin tələb etdiyi "Patriot" HHM-ləri idi. Türkiyə ABŞ-dən "Patriot"lar tələb edirdi. Ancaq ABŞ tərəfi bu sistemləri Türkiyəyə satmaqdan imtina etdi. Bunun qarşılığında isə Türkiyə müasir HHM sistemləri axtarışına çıxdı və Rusiyadan S-400-lər aldı. Buna cavab olaraq isə, ABŞ Türkiyəni F-35 proqramından çıxardı. ABŞ tərəfi indi bəyan edir ki, Türkiyə S-400-dən imtina etsə, onu F-35 proqramına qaytara bilər. Hesab edək ki, Türkiyə S-400-ləri Rusiyaya qaytarır, yaxud Azərbaycana satılmasına nail olur (bu məsələyə aşağıda toxunacam) və F-35 proqramına qayıdır. Türkiyənin HHM tələbi olmayacaq? Düşünürəm ki, bu versiya baş tutsa belə, proses yenə sıfır nöqtəsinə qayıdacaq. Türkiyə yenə "Patriot" tələb edəcək. ABŞ "Patriot" satacaq? İndiki mərhələdə inanadırıcı görünmür. Çünki ABŞ yalnız F-35 proqramına qayıtmaqdan bəhs edir, HHM-lə bağlı problemi aradan qaldırmaq yönündə heç bir fikir səsləndirmir.

İran İsrail toqquşmasını Türkiyə tərəfi dərindən təhlil edib. Mətbauta yayılan hissədə Türkiyədə açıq şəkildə boşluqlar qeyd olunur və bu xüsusilə HHM, sığınacaqlar, orta və uzaq mənzilli raketlərə ehtiyaclarla bağlıdır. Yəni, Türkiyə HHM problemini həll etməlidir, özü də ən qısa zamanda. Türkiyə F-35 proqramından çıxarılıb, hesab edirəm ki, haqsız yerə və F-16-ların moderinləşdirilməsinə də qadağa qoyulub. Buna cavab olaraq da, Türkiyə Avropanın 4 ölkəsinin (Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya) birgə istehsalı olan Eurofighter Typhoon qırıcılarını almaq üçün danışıqlar aparır, hətta bu qırıcıların Türkiyəyə satışı barədə razılığın əldə olunması iddia olunur. Eurofighter Typhoon qırıcıları 4-cü nəsil qırıcılardan üstün, 5-ci nəsil qırıcılardan isə aşağıdır. Türkiyə qırıcı məsələsində alternativ tapıb. Ancaq Türkiyə HHM problemi ilə bağlı alternativ hələ də tapmayıb. İsraillə Türkiyə arasında böyük ticarət dövriyyəsi olsa da, Türkiyənin indiki məqamda İsraildən HHM sistemləri alacağı inandırıcı deyil. Yəni strateji HHM sahəsində iki seçim var, ya "Patriot", ya da S-400. Rusiya Ukrayna müharibəsi də HHM sistemlərinin əhəmiyyətini ortaya qoyur. İran İsrail toqquşması isə bu məsələdə dövlətləri daha çevik davranmağa sövq edir.

Türkiyədən fərqli olaraq Azərbaycanın hava məkanının müdafiəsi sərhəddən sərhədə təşkil olunur. Azərbaycan S-300-dən əlavə Çindən HQ-9 HHM sistemləri də alıb. Sual yarana bilər, Azərbaycana S-400-lər lazımdır? Strateji baxımdan lazımdır. Türkiyə S-400-ləri Azərbaycana satmaq istəsə belə, bunu Rusiyanın icazəsi olmadan edə bilməz. Xatırlayaq, Yunanıstan S-300-ləri Ermənistana satmaq niyyətində olduğunu bildirən zaman Rusiyadan dərhal cavab gəldi ki, Moskvanın icazəsi olmadan bu mümkün deyil və söhbət birdəfəlik bağlandı. Alqı-satqı məsələsini qoyaq bir kənara, Rusiya, İran və Cənubi Qafqazda maraqları olan ölkələr regionda güc balansının bu qədər dəyişməsinə, Azərbaycanın bu qədər güclənməsinə razı olarlar? İnandırıcı deyil. Ümumiyyətlə, Azərbaycan üçün birinci dərəcəli məsələ S-400-dür? Qətiyyən! Azərbaycan onsuzda hava məkanı ən yaxşı qorunan ölkələrdən sayılır. Azərbaycan üçün birinci dərəcəli məsələ kadrların qorunması, inkişafı, yüzlərlə dron operatorlarının hazırlanması, süni intellekt sahəsinə yatırımların edilməsi, humanoidlər və digər məsələlərdir, yaxud olmalıdır.

Döyüş təyyarələri, HHM sistemləri strateji əhəmiyyətə sahibdir. Yəni, Türkiyənin S-400-ləri Rusiyaya qaytarması iki ölkə arasında gərginliyə gətirib çıxara bilər. Bu məsələ iki ölkə arasında hansı problemlər yaradar başqa yazının mövzusudur, daha çox da politoloqların işidir. Ancaq dəqiq olan budur ki, iki ölkə arasında gərginlik birbaşa Cənubi Qafqazda hiss olunar. Hətta bu gərginlik təkcə diplomatik yox, sahədə də özünü göstərər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Dekabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see212

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see163

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see140

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see137

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri