İran qonşu ölkələri hədələdi
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ölkəsinə qarşı iqtisadi blokadaya qoşulacaq qonşu dövlətləri hədələyib.
Modern.az xəbər verir ki, Rezayi ABŞ-nin İranın ticarət və maliyyə əlaqələrinə mane olacağı təqdirdə Tehranın cavab tədbirləri görəcəyini bildirib.
Onun sözlərinə görə, İran regionda fəaliyyət göstərən ABŞ şirkətlərinə, o cümlədən qazma və ticarət müəssisələrinə zərbələr endirə bilər:
“Amerikanın İran iqtisadiyyatına vurduğu zərbəyə onun iqtisadiyyatına zərbə ilə cavab verəcəyik. Zərbəyə zərbə prinsipi tətbiq olunacaq”.
Rezayi qonşu ölkələri də ABŞ ilə əməkdaşlıq etməməyə çağırıb. O bildirib ki, İranın iqtisadi blokadasında iştirak edən ölkələrin gəmilərinin Hörmüz boğazından keçidinə məhdudiyyətlər qoyula bilər:
“Əgər qonşu ölkə İranın iqtisadi blokadaya alınmasında amerikalılarla əməkdaşlıq edərsə, onun gəmilərini Hörmüz boğazında cəzalandıracağıq. Gəmilərin hərəkətinə və keçidinə, eləcə də bəzi fəaliyyətlərinə məhdudiyyətlər tətbiq edəcəyik”.
İran rəsmisi ABŞ iqtisadiyyatının zəiflədiyini iddia edərək, region ölkələrinin gələcəkdə də qonşu olaraq qalacağını vurğulayıb.
Rezayi Fars körfəzi ölkələrini təhlükəsizlik və iqtisadi əməkdaşlıq üçün birləşməyə, qarşılıqlı sərmayələri artırmağa, vahid bazar və ortaq valyutanın yaradılması imkanlarını nəzərdən keçirməyə çağırıb.
Baxış sayı:49
Bu xəbər 20 Sentyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















