İran razılaşmaq istəyir, bəzi adamlar narahatdır
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Fox Business Network-ə verdiyi müsahibədə İranın ABŞ ilə razılaşmamasının “axmaqlıq olacağını” bildirib.
AzPost-un məlumatına görə, eyni zamanda, ABŞ prezidenti deyib ki, istənilən razılaşmaya “heç bir nüvə silahı, heç bir raket yox!” daxil edilməlidir.
“Düşünürəm ki, onlar razılaşmaq istəyirlər. Razılaşmamaları axmaqlıq olardı. Biz keçən dəfə onların nüvə enerjisini sıradan çıxardıq. Bu dəfə daha çoxunu çıxarıb-çıxarmayacağımıza baxacağıq”, – deyə Tramp Fox Business Network-ün “Kudlow” proqramına verdiyi müsahibədə bildirib.
Ötən ilin iyun ayında Tehranın nüvə obyektlərinə zərbə endirilməsini əmr edən Tramp ” yaxşı” razılaşma niyyətindədir: “Yaxşı bir razılaşma əldə etmək istərdim: Heç bir nüvə silahı, raketlərsiz! Əvəzində istədiklərini alsınlar. Amma bəzi insanlar illər ərzində bizə qarşı çox ədalətsiz davrandıqlarından narahatdırlar”.
Tehran ötən həftə Omanda Vaşinqtonla danışıqları bərpa edib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 11 Fevral 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















