Icma.az
close
up
RU
İran rejimi buna görə sağ qalır: “Beyt” sistemi...

İran rejimi buna görə sağ qalır: “Beyt” sistemi...

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İranın hərbi-siyasi rəhbərliyinin sıra ilə öldürülməsinə rəğmən rejimin hələ də “sağ qalması” müharibənin ən müəmmalı və maraqlı sualı hesab oluna bilər. Xamenei və “zirvədəkilər”in aradan götürülməsindən sonra sistemi idarə edənlər, yaxud idarə etdiyi görünən fiqurlar da eyni aqibətlə üzləşir, lakin İranın müqaviməti hələ də davam edir. Bu necə baş verir?

Bunun iki əsas səbəbdən qaynaqlandığını demək mümkündür.

1. Rejimin idarəetmə sistemi;

2. Müharibədə tətbiq edilən taktika.

Teokratik rejimin təpəsində ali dini lider dayansa da, əsas idarəetmə “Beyt” adlanan mərkəz tərəfindən həyata keçirilir. Bu, dini liderin olmaması, yaxud öldürülməsi, eləcə də hərbi-siyasi rəhbərliyin bu və ya digər səbəblərdən təcrid edilməsi halında idarə aparatının işləməsini təmin edən sistemdir.

“Nüvə İranına qarşı birlik” (UANİ) təşkilatının 12 günlük müharibədən sonra hazırladığı hesabatda “Beyt”in 4 min nəfərdən ibarət gizli şəbəkə olduğu qeyd edilir və rejimin gücünün “əsas nüvəsi” adlandırılırdı. “Kölgə aparatı” rolunu oynayan bu şəbəkə ölkədə bütün sferalara nəzarət edir, daxili təhlükəsizlikdən tutmuş xarici siyasətə qədər, hər bir mühüm qərarın qəbulunda həlledici rol oynayır. “Beyt”in aşağı halqası hesab olunan 40 minə yaxın şəxs isə bütün strukturlarda yerləşir.

Bu sistem teokratik rejimin rəhbərliyinin öldürülməsi halında dərhal əvəzlənməsi və sistemin davamlılığının təmin olunması imkanlarını yaradır.

İran müharibədə də bu sistemin praktiki formada tətbiqinə əsaslanan doktrina üzrə hərəkət edir. Bu, xarici işlər naziri Abbas Araqçının müharibənin ilk günlərində açıqladığı “Mərkəzləşdirilməmiş Mozaika Müdafiəsi” taktikasıdır. Bu taktika mərkəzi komandanlıq olmadan döyüş qabiliyyətini davam etdirmək və rejimin yaşamasını təmin etməkdir.

- Silahlı qüvvələrin – ordu, SEPAH və digər strukturların rəhbərliyi öldürülərsə, aşağı rütbəlilər dərhal onları əvəz edir;

- Yerlərdə komandirlər mərkəzi məlumatlandırmadan, yaxud hansısa təlimatı gözləmədən hərəkət edirlər.

Məlumatlara görə, İran bu planı ABŞ-ın İraqa müdaxiləsindən sonra hazırlayıb. 20 illik planda komandanlığın əvəz edilməsinin, eləcə də alt birliklərdə komandirlərin əmr almadan hansı addımları atacağının detalları yer alır. “Fars” xəbər agentliyinin məlumatına görə, hərbi komandirləri əvəz edəcək şəxslərin sayı 3-7 nəfər arası dəyişir. Pezeşkian da bildirmişdi ki, mərkəzlə əlaqə kəsiləcəyi, yaxud komandirlər və liderlər öldürüləcəyi təqdirdə, silahlı birliklərə “öz istəkləri” ilə hərəkət etmək üçün geniş səlahiyyətlər verilib. Rejimin davamlılığının təmin edilməsinə hesablanmış bu taktikada İran müharibəni qazanmasa da, uzunmüddətli və dağıdıcı etməklə müqaviməti təşkil edir.

Bu idarəçilik və döyüş doktrinası müharibədə proqnozlaşdırılması çətin olan perspektivlər yaradır.

a) ABŞ və İsrail hava zərbələri ilə İranı tamamilə məhv etsə, eləcə də bütün hərbi-siyasi rəhbərlik aradan götürülsə belə, rejim davamlılığını saxlamaq imkanlarına malikdir;

b) Hakimiyyətin dəyişməsinin mümkün yolu kimi görünən quru əməliyyatında belə İran dərinliklərində rejim qüvvələri ilə döyüşün nəticələri dumanlıdır.

“Mərkəzləşdirilməmiş Mozaika Müdafiəsi”nin İran və region üçün riskləri də var.

- İran üçün əsas problem siyasi liderlərin qərarvermə prosesindən uzaqlaşması, hərbi rejimin güclənməsidir, həmçinin, mərkəzi hakimiyyətin zəifləməsi uzunmüddətli perspektivdə ölkəyə nəzarətin itməsi riskləri yaradır;

- Region üçün əsas problem gedişində “başsız” qalan rejim qüvvələrinin qonşu ölkələrə hücumlar təşkil etməsi, müharibə arealının genişlənməsidir;

Bütün bunlar mümkün razılaşma olmayacağı təqdirdə (bu, hələki qeyri-real görünür), İran müharibəsinin uzun müddət davam edəcəyi və regional təhlükəsizliyə ciddi təhdidlər yaradacağını da deməyə əsas verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 Mart 2026 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri