“İran rəsmiləri Ağ Evlə kontaktları Amerikadakı erməni diasporu vasitəsilə qururlar...”
Icma.az bildirir, Moderator.az portalına istinadən.
“ABŞ üçün regiondakı bir çox məsələlərdə Ermənistanın fəallığı üçün heç bir yer qalmayıb...”
“ABŞ-Ermənistan münasibətləri çox praktik şəkildə qurulacaq. Əgər Amerika dövlətinin marağına uyğundursa, ona faydası varsa, hansısa addım atılacaq, yoxdursa, yox. Ermənistan ABŞ-yə nə təklif edə bilər? Yeni kommunikasiyalar? Yox... Ermənilərin İranla münasibətləri artıq istifadə olunmaqdadır”
Bunu Moderator.az-a açıqlamasında Tramp administrasiyasının Ermənistanla bağlı gözlənilən siyasətindən bəhs edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib.
“Və bilirik ki, İranın bəzi rəsmiləri Ağ Evlə kontaktları Amerikadakı erməni diasporu vasitəsilə qururlar. Bu da İran üçün anormal bir vəziyyətdir. Çünki bildiyimiz kimi, Birləşmiş Ştatlarda daimi şəkildə yaşayan, ən azı, 2 milyona yaxın İran vətəndaşı var. Odur ki, ABŞ rəhbərliyi ilə əlaqə qurmaq üçün erməni diasporuna o qədər də ehtiyac olmamalıdır”,- deyə davamında həmsöhbətimiz bildirib.
“Bir sözlə, ABŞ üçün regiondakı bir çox məsələlərdə Ermənistanın fəallığı üçün heç bir yer qalmayıb... Bəli, ənənəvi hay-küy, qondarma “soyqırımı” mövzusundan və s. bəzi məqamlarda istifadə oluna bilər. Əslində, Trampın elan etdiyi məsələlər üçün bu mövzular da aktual deyil”.- deyə sabiq baş diplomat vurğulayıb.
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 06 Fevral 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















