Icma.az
close
up
RU
İran, Rusiya və Çin BMT Baş katibinə birgə məktub göndərdi

İran, Rusiya və Çin BMT Baş katibinə birgə məktub göndərdi

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran, Çin və Rusiya, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinə məktub göndərərək İran İslam Respublikasının sülh məqsədli nüvə proqramı ilə bağlı Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin qüvvəsinin sona çatdığını təsdiqləyib.

Ölkə.az xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, müttəfiq ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən hazırlanmış məktub Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanlanıb.

Müttəfiqlər məktubda bildiriblər ki, “2231 saylı qətnamənin 8-ci bəndinə əsasən, onun bütün müddəaları 18 oktyabr 2025-ci ildən etibarən qüvvədən düşür”. Bu tarixin “Təhlükəsizlik Şurasının İran nüvə problemini müzakirəsinin sona çatmasını” simvolizə edəcəyi vurğulanıb.

Qətnamə 2015-ci ildə İran ilə digər ölkələr arasında imzalanmış tarixi nüvə sazişi – Ümumi Hərtərəfli Fəaliyyət Planını (JCPOA) təsdiqləyib. Qətnamənin qəbulundan sonra İranın nüvə fəaliyyəti ilə bağlı sanksiyalar dayandırılmışdı. Lakin 2018-ci ildə ABŞ sazişdən çıxaraq tək tərəfli şəkildə sanksiyaları bərpa edib. 2020-ci ildə Vaşinqton JCPOA çərçivəsində bütün nüvə məhdudiyyətlərini bərpa etməli olan “snapback” mexanizmini işə salmağa çalışsa da, uğursuz olub.

Məktubda həmçinin xatırladılıb ki, “Avropa Üçlüyü” (E3) öz öhdəliklərini yerinə yetirmədiyi üçün sanksiyaları bərpa etmək hüququna malik deyil.

“Məktubun müəllifləri qeyd ediblər ki, E3 həm JCPOA, həm də 2231 saylı qətnamə üzrə öhdəliklərini yerinə yetirməyi dayandırıb və Mübahisələrin Həlli Mexanizmini (DRM) tükətməyib, buna görə də onun müddəalarına əsaslana bilməzlər”.

Diplomatlar Təhlükəsizlik Şurasının qətnamənin qüvvədə olma müddətinə riayət etməsinin “Şuranın nüfuzunu və çoxtərəfli diplomatiyaya inamı gücləndirəcəyini” vurğulayıblar. Sonda isə bütün tərəflərdən diplomatik səylər üçün əlverişli mühit və şərait yaratmaları xahiş olunub.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Dekabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri