İran səfiri: Ermənistan və Azərbaycanın gücləri bərabər olmalıdır
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Realist yanaşsaq, əgər həqiqətən regionda sabit və davamlı sülhə nail olmağa çalışırıqsa, Ermənistan və Azərbaycan arasında real güc balansını təmin etməliyik. Bu, olduqca vacibdir”.
Turkustan.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqulami deyib.
“Sülh haqqında danışmaq yaxşı və faydalıdır, amma yalnız ritorika ilə sülh yaratmaq və onu qorumaq mümkün deyil”, - o bildirib.
Şirqulami qeyd edib ki, İran regionda “yeni güc balansı”nın yaradılmasına çalışır və bu, “uzunmüddətli sülhün yeganə real təminatı”dır. Onun iddiasına görə, bu “balans” olmadan vəziyyət kövrək olaraq qalacaq, regionda sülhün təmin edilməsi üçün yalnız istək kifayət etmir.
“Status-kvo və ya regiondakı mövcud vəziyyət məhz sülhün əsası olmalıdır və hansısa geosiyasi dəyişiklik qəbuledilməzdir: bu, İranın fundamental mövqeyidir. Ərazi və geosiyasi baxımdan status-kvo mütləq qorunmalıdır”./teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 23 Sentyabr 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















