İran şirkəti Ermənistanda neft emalı zavodu tikəcək
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tehran və İrəvan İran şirkətinin Ermənistan ərazisində neft emalı zavodunun tikintisində iştirakına dair uğurlu danışıqlar aparıb.
Gununesi.info xəbər verir ki, bu barədə İranın neft naziri Həmid Bord Tehranda Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanla görüşü zamanı bildirib.
Bord ikitərəfli əməkdaşlığın neft sənayesi sahəsində böyük potensiala malik olduğunu qeyd edərək, Tehranın İrəvanla heç bir məhdudiyyət olmadan əməkdaşlığı genişləndirməyə hazır olduğunu vurğulayıb.
“İranın özəl sektorunun Ermənistanda neft emalı zavodunun tikintisində iştirakına dair danışıqlar uğurla keçib. İran tərəfi bu məsələ ilə bağlı Ermənistan tərəfinin təklif və qeydlərini nəzərdən keçirməyə hazırdır”, – o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 17 Noyabr 2026 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















