Icma.az
close
up
RU
İran Suriyanın yeni hakimiyyətindən Latakiyada dinc əhalinin qətlinə görə məsuliyyət daşıyanları cəzalandırmağa çağırıb

İran Suriyanın yeni hakimiyyətindən Latakiyada dinc əhalinin qətlinə görə məsuliyyət daşıyanları cəzalandırmağa çağırıb

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İran Suriyanın keçid hökumətini Suriyanın sahilyanı əyalətlərində mülki əhalinin öldürülməsində iştirak edənləri məsuliyyətə cəlb etməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bunu İslam Respublikası xarici işlər nazirinin Suriya üzrə xüsusi nümayəndəsi Məhəmməd Rza Rauf Şeybani deyib.

“Suriyanın sahilyanı əyalətlərində zorakılıqların və günahsız insanların öldürülməsinin miqyası şok edicidir. Suriya cəmiyyətində müxtəlif azlıqları təmsil edən günahsız insanların öldürülməsini pisləyirik. Bu cinayətlərə görə məsuliyyət daşıyanlar məsuliyyətə cəlb edilməlidir”, - deyə Şeybani "X" səhifəsində yazıb.

“Yaxın Şərq regionu xalqları və dünya ictimaiyyəti Suriyanın müvəqqəti hökumətindən zorakılığa son qoymaq, bu hərəkətlərə görə məsuliyyət daşıyanları aşkar etmək və cəzalandırmaq üçün qəti addımlar gözləyir”, - deyə diplomat əlavə edib.

Onun sözlərinə görə, "İran həmişə Suriyanın sabitliyi, sülhü və ərazi bütövlüyünün tərəfdarı olub". İran xarici işlər nazirinin xüsusi nümayəndəsinin qeyd etdiyi kimi, İsrail və “terrorçu və ekstremist qruplar Suriyadakı qeyri-sabitlikdən istifadə edə bilər ki, bu da regionda sülhü təhdid edəcək”.

Martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində təhlükəsizlik qüvvələri ilə respublikanın keçmiş prezidentinin tərəfdarları arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər ələvilərin - Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ailəsinin mənsub olduğu dini azlığın nümayəndələrinin yaşadığı Cebel şəhərində baş verib. Son məlumatlara görə, Suriyanın qərbində vəziyyətin gərginləşməsi başlayandan bəri keçmiş prezidentin 250 silahlı tərəfdarı öldürülüb, yeni hakimiyyətə tabe olan təhlükəsizlik qüvvələri isə 231 döyüşçünü itirib. Öldürülən mülki şəxslərin sayı 800-ü ötüb, əksəriyyəti Ələvi icmasına mənsubdur.

Qadir, Bzimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Mart 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri