İran Suriyanın yeni hökumətinin qarşısına qoyduğu şərtləri səsləndirib
Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İran Suriyanın yeni hökuməti ilə münasibətlər qurulması üçün bir sıra şərtləri olduğunu bəyan edib.
Şərtləri İranın xarici işlər naziri Abbas Əraqçi səsləndirib.
İranın Suriyanın yeni hökumətinin qarşısına qoyduğu əsas şərtlər bunlardır - terrorçuluğu dəstəkləməkdən imtina, Suriya şiələrinin hüquqlarına hörmət etmək, İsrail ilə məsafə saxlamq.
Əraqçi İran televiziyasının efirində deyib: "Dəməşqdə hakimiyyətdə olacaq iqtidarla qarşılıqlı münasibətimiz onların İran ilə Suriyanın şiələrinə qarşı davranış və siyasətlərindən, eləcə də, sionist rejim ilə terrorçu qruplaşmalardan nə qədər uzaq olacağından asılıdır".
Diplomat deyib: "Müxtəlif qruplaşmaları və klanları Suriyanın gələcək hökuməti ilə bağlı razılığa gəlməyə məcbur etmək asan deyil, lakin biz bu prosesi dəstəkləyirik, çünki Suriya xalqının iradəsinin qalib gəlməsini istəyirik".
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 09 Dekabr 2024 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















