Suriyanın yeni hökumətinin yol xəritəsi açıqlandı
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Suriyanın yeni administrasiyası keçid prosesindən sonra əhalinin siyahıyaalınmasını, yeni konstitusiyanın təsdiqlənməsini və azad seçkilərin keçirilməsini nəzərdə tutan "yol xəritəsi"ni elan edəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin "Hürriyet" qəzeti öz mənbələrinə istinadən yazıb.
"İndi yeni Suriyanın qurulmasının növbəsi gəlib. Müvəqqəti idarəetmənin qurulmasından sonra "yol xəritəsi" açıqlanacaq. Yeni konstitusiyanın hazırlanması prosesi, əhali siyahıyaalınması və azad seçkilərin keçirilməsi kimi mərhələlərə keçiləcək", - deyə nəşr yazıb.
Xatırladaq ki, dekabrın 8-i səhər Suriyanın silahlı müxalif qruplaşmaları Dəməşqi nəzarətə götürüblər. Bundan sonra Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu bəyan edib. Bir müddət sonra Bəşər Əsəd münaqişənin bir sıra iştirakçıları ilə danışıqlardan sonra Suriya prezidenti vəzifəsindən getmək qərarına gəlib və ölkəni tərk edib. Onun Rusiyada olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 10 Dekabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















