İran təcili nüvə silahı hazırlamağa başladı İsrail TƏŞVİŞDƏ KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail mediası, xüsusilə “12-ci Kanal”, ABŞ və İran arasında imzalanması gözlənilən memorandumda nəzərdə tutulan 60 günlük danışıqlar müddəti ilə bağlı ciddi narahatlığını ifadə edib.
KONKRET.az xəbər verir ki, məlumata görə, bu müddət ərzində İran iqtisadi və neft sanksiyalarının yumşaldılmasına, həmçinin Hörmüz boğazında hərəkətin bərpasına nail olmağa çalışır. İsrail kəşfiyyatının qiymətləndirməsinə əsasən, İranın ali rəhbəri Müctəba Xamenei yekun razılaşmaya gəlməkdə maraqlı deyil və danışıqlar prosesini mümkün qədər uzatmağı planlaşdırır.
İsrail təhlükəsizlik dairələrində hesab olunur ki, Tehran dialoq prosesindən vaxt qazanmaq üçün istifadə edir.
Məsələni daha da mürəkkəbləşdirən amillərdən biri Vaşinqton və Təl-Əviv arasında etimad böhranıdır. İsrail rəsmilərinin sözlərinə görə, ABŞ administrasiyası İsrailin memorandumun detalları barədə məlumatları ictimailəşdirərək yekun sazişin imzalanmasına mane ola biləcəyindən ehtiyat edir.
Xatırladaq ki, ABŞ və İran arasında əldə olunan ilkin memorandum 60 günlük danışıqlar mərhələsini nəzərdə tutur. Bu müddətdə tərəflər İranın nüvə proqramı, sanksiyaların taleyi və regional təhlükəsizlik məsələləri üzrə yekun razılaşmaya nail olmağa çalışacaqlar.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 17 İyun 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















