Icma.az
close
up
RU
İran təəssüf yaşayacaq

İran təəssüf yaşayacaq

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


ABŞ-nin və İsrailin İrana hücumları, İranın İsrailə və bir-neçə xarici dövlətə hücumları davam edir. Azərbaycan döyüşlərin ilk vaxtlarından bəyan etdi ki, Azərbaycanın ərazisindən İrana heç bir hərbi təhlükə olmayacaq. Bu qətiyyətli bəyanat Azərbaycanın dövlət kimi bitərəfliyinin siyasi ifadəsi idi. Lakin İran İslam Respublikası Azərbaycana qarşı qərəzli informasiya hücumlarının davamında mart ayının 5-də günorta saatlarında hərbi cinayət törətdi. Naxçıvan aeroportuna və Babək rayonunun Şəkərabad kənd məktəbinin yaxınlığına Dronla hücum etdi. Bu, nə qonşuluğa, nə dinc siyasi münasibətlərə, nə də insanlığa sığan deyil. Müdafiə Nazirliyi birmənalı şəkildə bildirdi ki, bu hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.
Martın 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İranın Azərbaycandakı səfirliyinə gəlmiş, İranın Ali dini liderinin həlak olmasına görə başsağlığı vermişdi. Bu ehtirama Dron hücumu ilə cavab vermək İran İslam Respublikasının istər diplomatik tələblərə, istərsə də dini tələblərə münasibətinin səviyyəsinin göstəricisidir. Ayın 5-də səhər saatlarında Azərbacana telefon zəngi edən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmisi Livanda qalmış diplomatik korpusunun ordan çıxardılmasını xahiş etmişdi. Azərbaycan tam təmənnasız olaraq bu xahişi səmimiyyətlə yerinə yetirdiyi halda, hörmətə görə ehtiram əvəzinə belə bir cinayət törətməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, nankorluqdur, nakişilikdir, bəşəri mövqenin “çeynənməsidir”. Bu hadisəyə görə dünyanın əksər dövlətləri İran İslam Respublikasının cinayətini pislədi.
Azərbaycan Respublikası haqlı olaraq İran İslam Respublikasının qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməsini tələb edir.
İran İslam Respublikası bir dövlət kimi Azərbaycana, xalq kimi azərbaycanlılara qarşı düşmən münasibətindədir. İranda dini rejim azərbaycanlılara divan tutur, onları bütün hüquqlardan məhrum edib, daim təzyiq altında saxlayıb, azərbaycanlı fəallar təqib olunub, cəzalandırılıb. Belə olan halda İran Azərbaycana dost, qardaş dövlətdirmi?
Azərbaycan müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu hücum aktları cavabsız qalmayacaq. Xalq da bunu tələb edir.
Tarixən Azərbaycana hücum edən dövlətlər sonda məğlubiyyət acısı yaşayıb, bu təəssüfü İran da yaşayacaq...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Mart 2026 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see355

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see309

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see304

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see292

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see276

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see274

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see268

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see257

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see252

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see238

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see236

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see233

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see227

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see225

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see221

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see218

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see215

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri