Icma.az
close
up
RU
Suriyada xərcə düşən İran, ölkə iqtisadiyyatında da məğlubiyyət yaşayacaq

Suriyada xərcə düşən İran, ölkə iqtisadiyyatında da məğlubiyyət yaşayacaq

Icma.az, Bizimyol saytına istinadən bildirir.

İranda böyük enerji böhranı yaşanır. Dünyada ikinci ən böyük təbii qaz ehtiyatına malik olmasına baxmayaraq, ölkə istilik və elektrik enerjisi istehsalı üçün yanacaq çatışmazlığı səbəbindən məktəbləri və dövlət idarələrini bağlamaq məcburiyyətində qalıb. İran prezidenti Məsud Pezeşkian televiziya ilə qısa çıxışında deyib: "Biz hamını evlərindəki temperaturu ən azı iki dərəcə azaltmağa çağırırıq". Həftəsonu hakimiyyət “soyuq hava və yanacağın idarə olunması səbəbindən” şimaldakı Gilan, Gülüstan və Ərdəbil əyalətlərində, həmçinin Tehranın qərbindəki Əlburzda məktəblərin və dövlət idarələrinin bağlandığını elan edib. Yaxın günlərdə məhdudlaşdırıcı tədbirlər qüvvədə qalacaq.

Güneyli fəal, siyasi şərhçi Məhza Mehdili Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, səlahiyyətlilər bunu qazdan çox istifadə ilə əlaqələndirirlər: “Əsas səbəb, təbii qazın ixracı üçün yatırımın olmamasıdır. Bu günə qədər İran iqtisadiyyatı indiki iflas halında olduğu kimi olmayıb. Bunun da müxtəlif səbəbləri var. Ən böyük səbəblərindən biri daxili siyasətdə iqtisadiyyatı səhv idarə etmək və ölkənin qaynaqlarını İranın qurduğu proksi qüvvələrə sərf etməsidir”.

Mehsa Mehdili

Mehsa Mehdili qeyd edib ki, İran əsas məğlubiyyətlərindən birini Suriyada yaşayıb: “Suriyaya 13 ildən çoxdur ki, milyardlarla dollar xərclənib. Orada ciddi təşkilatlanmalar yaratmağa çalışdı. İstər hərbi, istər iqtisadi təşkilatlanmaların hamısı İran hökümətinin rəqiblərinin əlinə keçdi. İranın əsas dövlət bankları Suriyadakı əsas yatırımçılar idi. Müharibəyə yatırım edir, oradakı proksi qüvvələri maliyyələşdirirdilər. Bu banklar da böyük borca girib, yatırımlarının böyük bir hissəsini orada itirdilər. Suriyada baş verənlərdən sonra İranda iqtisadiyyatı daha da pisləşəcək. İndi İranda qaz və elektrik enerjisini məhdudlaşdırmağa başlayıblar. Artıq vəziyyət o həddədir ki, məktəbləri və bəzi dövlət idarələrini də bağlayıblar”.

Siyasi şərhçi bildirib ki, bu davranış qənaət üçün edilsə də, çox ciddi bir problemdir.

Mehsa Mehdili qeyd edib ki, Tehran rejiminin əlində olan bütün qaynaqlar tükənib.

“İranın həm daxili, həm xarici siyasətdə toparlanmağa ehtiyacı var. Bir dövlət əlində olan qaynaqları başqa dövlətdə proksi qüvvələr toplamağa sərf etmək yerinə, öz iqtisadiyyatına yönəltməlidir. Əks halda, iflasa məhkum olur”-deyən Mehsa Mehdili qeyd edib ki, bəzi qaynaqlara görə, İran Suriyada müharibəsində 50 milyard dollar vəsait xərcləyib.

“İndi düşünün, bütün qoyduğunu itirdi, iflas etdi. Bunun da addım-addım nəticələrini görəcək”-deyə Mehsa Mehdili əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri