İran Trampa üç mərhələli plan təqdim etdi Yeni detallar
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
İranın Pakistan vasitəsilə ABŞ-yə çatdırdığı son sülh təklifi ilə bağlı yeni detallar məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, İranın planı üç əsas mərhələdən ibarətdir və 30 gün ərzində atəşkəsi müharibənin sonun çevirməyi hədəfləyir.
Plan müharibənin yenidən başlamasının qarşısını almaq və Yaxın Şərqdə hərbi əməliyyatlara son qoymaq üçün İsrail də daxil olmaqla, təcavüzkarlığa qarşı öhdəlik götürməyi tələb edir.
Birinci mərhələ Hörmüz boğazının tədricən açılmasını və ABŞ-nin İran limanlarına qarşı blokadasının qaldırılmasını nəzərdə tutur. Bu halda Tehran dəniz minaları ilə mübarizə məsuliyyətini öz üzərinə götürəcək.
Təklifin ikinci mərhələsi İranın müəyyən bir müddətdən sonra “sıfır saxlama prinsipi”nə uyğun olaraq uranı 3,6 faiz hədəf səviyyəsində zənginləşdirməyə qayıtmasını tələb edir.
Telekanalın məlumatına görə, planda ABŞ və İsrailin İrana və onun müttəfiqlərinə hücum etməməsi müqabilində İranın hücum etməməsi nəzərdə tutulur.
Eyni zamanda təklif İranın nüvə infrastrukturunun sökülməsini və ya nüvə obyektlərinin məhv edilməsini rədd edir.
Həmçinin, plan sanksiyaların ləğvi edilməsini və dondurulmuş vəsaitlərin açılmasını nəzərdə tutur.
Üçüncü mərhələdə Tehran ərəb qonşuları ilə strateji dialoqa başlamağı və bütün Yaxın Şərqi əhatə edən təhlükəsizlik sistemi yaratmağı təklif edir.
Qeyd edək ki, bundan əvvəl İranın müharibənin həlli üçün ABŞ-yə 14 maddəlik plan təqdim etdiyi bildirilmişdi.
Bu mövzuda digər xəbərlər:İran ABŞ la danışıqlar üçün üç mərhələli plan təqdim edib əsas şərt müharibənin dayandırılmasıdır
27 Aprel 2026 13:31
Trampın İran üçün yeni üç ssenarili tələsi DETALLAR
30 İyul 2026 16:44
İran yeni plan təqdim edib
16 May 2026 13:22
MƏHKƏMƏ HAKİMLƏRİNİN SEÇİMİ: üç mərhələli sistem qəbul olundu DETALLAR
07 Noyabr 2024 13:12
İran yeni dronunu təqdim ETDİ
18 Noyabr 2024 17:30
Baxış sayı:173
Bu xəbər 04 May 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















